Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2662/2020 07.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır; Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu Şahsevənlər küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Bununla da müəyyən olunur ki, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-2662/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2662/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver