Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-267/2022 17.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçılar İddiaçı və X4, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X4 cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Qərb Regional İdarəsinin 10.02.2021-ci il tarixli, 208608 saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında Azərişıq ASC-nin Qərb Regional İdarəsinin hesabladığı 460,10 manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 22 ildir ki, ailələri ilə birlikdə orda yaşayırlar. 10.02.2021-ci il tarixdə "xxxx" ASC-nin Qərb Regional İdarəsinin nümayəndələri Ş.Nəcəfzadə, S.Tağıyev, S.Məmmədov, M.Vəliyev, A.Həsən ov tərəfindən onların iştirakları olmadan baxış keçirilmişdir. "xxxx" ASC-nin Qərb Regional İdarəsi tərəfindən sayğaca baxış keçirərkən giriş xəttini yaşadıqları həyətin içərisinə salıb izolyasıyasını pozulduğunu qeyd etmiş, giriş xətti laboratoriya tərəfindən dəyişdirilib hesablanacaq məbləğin ödənilməsiylə bağlı akt yazılmışdır. "xxxx" ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları həmin faktı əsas tutaraq onların yaşadıqları evə 460,10 manat əsassız cərimə yazmışlar. Halbuki, aidiyyatı orqanın əməkdaşları həmin sayğacı götürərkən onların bundan xəbəri olmamış, həmin sayğacın qeyd edildiyi kimi giriş xətti yaşadıqları həyətin içərisində olmamışdır. Evlərində istifadə edilmiş işığa görə hər ay vaxtı-vaxtında işıq pulu ödənilmişdir. "xxxx" ASC-nin Qərb Regional İdarəsi tərəfindən hər ay sayğaca baxış keçirilmişdir. "xxxx" ASC tərəfindən evinə akt tərtib edilərkən nəzərə alınmamışdır ki, hər ay mütəmadi olaraq aidiyyatı orqanın əməkdaşları tərəfindən sayğaca baxış keçirilmişdir. Yazılmış aktla bağlı heç bir sübut və dəlil yoxdur. Göründüyü kimi "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsassızdır. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı və X8 iddia tələbində göstərilən xüsusatlara oxşar ifadə verdi və əlavə olaraq qeyd etdi ki, onlar dializ xəstəsidir, mütəmadi həkim müayinəsinə ehtiyacları vardır. Heç vaxt onlara məxsus ünvanda quraşdırılan elektrik sayğacına müdaxilə etməmişlər. Bundan başqa onlara verilən elektrik enerjisini ölçən sayğac küçədə yerləşir və ümumiyyətlə onların hər hansı naqili izolizasiya etmək vəzifələri də yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıların yaşadıqları ünvanda olan elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş xəttinin yaşadığı həyətin içərisinə salıb izolyasıyasını pozduğu aşkar olunmuşdur. Lakin buna dair onlarda hər hansı videogörüntü onlarda qalmamışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac istehlakçının həyətinin kənarında yerləşir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, "xxxx" ASC-nin Qərb Regional idarəsində aparıcı mühəndis vəzifəsində işləyir. ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın giriş xəttinə müdaxilə olunmuşdur. Buna görə də onlar tərəfindən bu barədə akt tərtib olunmuşdur. Lakin akt tərtib olunan zaman istehlakçı orada iştirak etməmişdir. Eləcə də aşkar olunan hüquq pozuntusu telefon vasitəsilə çəkilsə də, hazırda həmin görüntülər silindiyindən onu məhkəməyə təqdim edə bilməyəcəklər. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 10.02.2021-ci il tarixli, 208608 nömrəli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı giriş xəttini yaşadıqları həyətin içərisinə salıb izolyasıyasının pozulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 10.02.2021-ci il tarixli, 208608 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı giriş xəttini yaşadıqları həyətin içərisinə salıb izolyasıyasını pozulduğu müəyyən edilmiş və qüsur aradan qaldırılmış, buna görə istehlakçıya 461,09 manat borc (cərimə) yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 10 fevral 2021-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edilməsi aşkar olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 10.02.2021-ci il tarixli, 208608 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 461,09 manat borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçıların istifadə etdiyi elektrik sayğacı onlara məxsus həyətdə yerləşmir. Bundan başqa müdaxilə edildiyi ehtimal olunan sayğac iddiaçılara məxsus həyətdə yerləşmir. ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı giriş xəttini yaşadıqları həyətin içərisinə salıb izolyasıyasının pozulmasını özündə əks etdirən videogörüntü də cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğacın giriş xəttinin izoliyasiyasının pozulması və nəticədə 460,10 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçı yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 10.02.2021-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın giriş xəttinə müdaxilə olması aşkar olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 10.02.2021-ci il tarixli, 208608 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 461,09 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, 10.02.2021-ci il tarixdə ünvan 1 ünvanında tərtib edilmiş 208608 saylı akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.33-cü maddəsinin tələblərinə uyğun olaraq iki nəfər hal şahidinin iştirakı təmin olunmamış, həmçinin 7.6-cı maddənin tələblərinə uyğun olaraq akt tərtib olunan zaman abonentin (istehlakçının) iştirakı təmin olunmamışdır. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən abonentin, habelə hal şahidlərinin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan (hüquq pozuntusunu özündə əks etdirən videogörüntü olmadan) abonentə 461,09 manat borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya 461,09 manat borc hesablanmışdır. Ümumiyyətlə sayğacın giriş xəttinə müdaxilənin nədə ifadə olması da aktda kifayət qədər dolğun əsaslandırılmamışdır. Eləcə də, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi, giriş xəttini istehlakçının yaşadığı həyətin içərisinə salıb izolyasıyasını pozulması və bu hal olduğu təqdirdə həmin hərəkətə görə birbaşa istehlakçısının təqsirli sayılması inandırıcı hesab edilmir. Bu hal isə bir daha tərtib olunmuş aktın və hesablanmış borc məbləğinin əsassız olduğuna dəlalət etmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, 10.02.2021-ci il tarixli, 208608 saylı akt əsasında iddiaçıya "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış iddiaçının 460,10 manat məbləğində əssasız hesablanmış borcun silinməsini cavabdehdən tələb etməsi əsaslıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, 208608 akt əsasında hesablanmış 460,10 (dörd yüz altmış manat on qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-267/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-267/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver