Məhkəmə qərarları › İş №2(043)-2677/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2677/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2677/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqların saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X19 Rayon Məhkəməsinin 2(043)-4861/2016 saylı qətnaməsi ilə azyaşlı uşaqlar: xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq ayda bir uşaq üçün 170 manat olmaqla, üç uşaq üçün cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki olaraq 2005-cü ildə ailə qurub, xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X9 doğulmuşdur. Sonradan aralarındakı münasibət pozulmuş və nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilmiş və X19 Rayon Məhkəməsinin 2(043)- 4861/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Tərtər rayon İHB-nın Borsunlu kənd KİƏV üzrə nümayəndəliyində 05№ ilə qeydə alınmaqla xx.xx.2005-ci ildə qeydə alınmış nikah pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü Qurbanlı 'arnara Ruslan qızıvə xx.xx.2010-ci il təvəllüdlü X9 anaları X5 yanında saxlanılmaları və xx.xx.2016-cı il tarixdən başlayaraq azyaşlı uşaqların saxlanılmaları üçün cavabdehdən bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra X18 rayon Qeydiyyat Şöbəsindən xx.xx.2017-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə ilə tərəflər arasında olan nikah ləğv edilmiş, iddiaçının soyadı keçmiş soyadına bərpa edilərək "Xəlilova" kimi yazılmışdır.Hazırki şəraitdə o, 3 uşaq üçün cəmi 240 manat alimenti pulunun bir ayını belə almamışdır. Uşaqların ehtiyaclarını ödəyə bilmir. Uşaqlar günü-gündən böyüməklə ehtiyacları da daima artır.Cavabdehin maddi vəziyyəti normaldır. O, yaxınlarının maddi dəstəyi ilə çətinliklə olsa da uşaqları saxlayır. Cavabdeh isə nəinki əlavə köməklik etmir, hətta qətnamə ilə qət edilən pulu da ödəməməklə öz valideynlik borclarını yerinə yetirmir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsinə və hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 881661 nömrəli, AZ-İİ seriyalı, 224877 nömrəli və AZ-İİ seriyalı 488951 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X9 doğulmuşlar. Həmin şəhadətnamələrdə Cavabdeh uşaqların atası, X10 isə uşaqların anası kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X18 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(043)-4861/2016 saylı iş üzrə çıxarılmış qətnaməsinə əsasən tərəflərin arasında olan nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 257481 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə X19 rayon qeydiyyat şöbəsində pozulmuşdur. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş X18 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(043)- 4861/2016 saylı iş üzrə çıxarılmış qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş 80 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli deyildir. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hər uşaq üçün 170 manat aliment təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin gəlirləri və daimi olaraq stabil qazanca sahib olması barədə sübutlar məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda hər uşaq üçün müəyyən edilən 80 manat məbləğində aliment xx xxxxxxxx 2016-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən dörd ilə yaxın vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə X18 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(043)-4861/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay 80 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay, hər uşağa 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissəsi 150 (əlli) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 1800 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X18 Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(043)-4861/2016 il tarixli qətnaməsi ilə müəyyən edilən sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay, bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30,0 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X19 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar