Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2686/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə 316 manat borc, 31 manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 367 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx»MMCilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********47153 olan Samsung J2 Core markalı telefon, İMEİ kodu **********56189 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə347 (üç yüz qırx yeddi) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288(iki yüz səksən səkkiz)manat(12 ay x 24 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********47153 olan Samsung J2 Core markalı telefon üçün 158 (yüz əlli səkkiz) manat olmaqla ondan 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 280 (iki yüz səksən) manat (6 ay x 43 manat + 22 manat ilkin ödəniş) olan Samsung Galaxy A10 markalı telefon üçün 189 (yüz səksən doqquz) manat olmaqla ondan 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 252 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 288 manat olan Samsung J2 Core markalı telefonu 12 ay ərzində hər ay 24 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 05-i tarixində ayda 24 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 280 manat olan Samsung Galaxy A10 markalı telefonu, 22 manat ilkin ödəniş etmək və 6 ay ərzində qalan məbləği hər ay 43 manat olmaqla ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay ərzində hər ayın 05-i tarixində ayda 43 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 ödəniş etmiş, müvafiq olaraq 144 və 172 manat borcu qalmışdır. Cavabdeh həmin müqavilələr üzrə müvafiq olaraq 150 gün və 120 gün gecikməyə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 172 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu olmaqla, cəmi 347 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə pulu olmaqla, cəmi 347 (üç yüz qırx yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 367 (üç yüz altmış yeddi) manat məbləğində pul tutularaq iddiaçı ABC X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2686/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2686/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver