Məhkəmə qərarları › İş №2(043)-269/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-269/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-269/2020 17.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, X3 Təşkilatı “xxxxxxxxxx” X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BOKT “xxxxxxxxxx” QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 181-max-0344-18 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 273,20 manat əsas borc, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 293,60 manat borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, xx xxxxx 2018-ci il tarixdə onunla cavabdeh arasında 181-MAX-0344-18 saylı kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanmış cavabdehə illik 29%-lə 12 ay müddətinə 1341 manat kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, beləliklə, ona borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu qaytarılmamışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara əlavə olaraq cavabdehin xx.xx.2020-ci il tarixə ona olan borcunun əsas borc üzrə olmaqla 273,20 manat olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427, 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka 273,20 manatəsas məbləğ üzrə borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 273,20 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 273,20 manat əsas borc, ödənilmiş 20 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 293,60 manat (iki yüz doxsan üç manat, altmış qəpik) X3 Təşkilatı “xxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar