Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2691/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “ipoteka predmetinin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus, ipoteka predmeti olan “Mercedes Benz – GL 450” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 27900 ABŞ dolları əsas borc, 13238 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 41338 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan “Mercedes-Benz-GL 450” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 53 000 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla müəyyən edilməsi qət edilmişdir. “xxxx” MMC Hərrac Mərkəzinin 26.07.2019-cu il tarixli, 09.08.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli bildirişləri və 13.09.2019-cu il tarixli təklif məktubuna əsasən ipoteka predmeti olan avtomobilin hərracı keçirilmiş, lakin satılmadığından tələbkar olan İddiaçı QSC-yə təklif edilmişdir. Avtomobilə Cəmiyyətin yığım şöbəsi tərəfindən baxış keçirilərkən qətnamədə nəzərdə tutulmuş ilkin satış qiyməti ilə nəqliyyat vasitəsinin real qiymətinin uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, qətnamə ilə müəyyən edilmiş qiymət real dəyərdən dəfələrlə çoxdur. Belə olduğu təqdirdə avtomobilin təklifdə gələn qiymət ilə Cəmiyyətin balansına götürülməsi Cəmiyyətin zərərlə qarşılaşması ilə nəticələnə bilər. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(043)-420/2017 saylı qətnaməsinin surətindən görünür ki, “xxxx” ASC-nin Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 27900 ABŞ dolları əsas borc, 13238 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 41338 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan “Mercedes-Benz-GL 450” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 53 000 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən “xxxx ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə hazırkı mübahisənin predmeti olan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktın hazırkı işdə preyudisiallığını tanıyır və qeyd edir ki, İddiaçı QSC həmin işdə iştirak edən şəxs olmasa da həmin iş üzrə iddiaçı olmuş “xxxx” ASC-nin hüquq varisidir. Hüquq nəzəriyyəsində hüquq varisliyinin iki forması – universal və sinqulyar hüquq varisliyi fərqləndirilir. Universal hüquq varisliyində şəxsə aid bütün hüquq və vəzifələrin başqa şəxsə keçməsi (məs. vərəsəlik, hüquqi şəxsin yenidən təşkili və s.), sinqulyar hüquq varisliyində isə şəxsə aid hüquq və vəzifələrin bir qisminin başqa şəxsə keçməsi nəzərdə tutulur. Şəxs mülki-hüquqi əqdlərin bağlanması yolu ilə öz əmlak hüquqlarını başqasına verdikdə sonuncu şəxs əldə etdiyi əmlak hüququna münasibətdə əvvəlki şəxsin hüquq varisi hesab olunur. Həmin qətnamə üzrə hazırda İddiaçı QSC-nin icra işində tələbkar qismində tanınması da İddiaçı QSC-nin qətnamədən irəli gələn bütün nəticələr üzrə “xxxx” ASC-nin hüquq varisi olmasını təsdiq edir. Bu baxımdan qanuni qüvvəyə minmiş qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edildiyindən İddiaçı QSC-nin həmin məsələni yenidən mübahisələndirməsi və eyni tələbi, eyni əsasla irəli sürməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı “ipoteka predmetinin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2691/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2691/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver