Məhkəmə qərarları › İş №2(043)-2707/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2707/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2707/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakıilə, X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 2111.66 manat əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin göstrişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edilib edilməməsi araşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, ərizə Göygöl Rayon Məhkəməsinə ünvanlanmaqla, cavabdehlrin hər ikisinin qeydiyyatda olduqları ünvan Göygböl şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 23 ünvandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35,44,263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair 2(043)-2707/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X5 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar