Məhkəmə qərarları › İş №2(043)-2709/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2709/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2709/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2019-cu il tarixli 800804-830085/1 kredit müqaviləsi üzrə 5267,2 manat əsas borc, 319,84 manat faiz borcu olmaqla, cəmi 5587,04 manat və xx xxxxxx 2019-cu il tarixli 800892- PC********** saylı kredit xətti müqaviləsi üzrə cəmi 664,49 manat məbləğində kredit borcu, ümumilikdə 6251,53 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 800804-830085/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli 800892-PC********** saylı kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 700 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, ona olan borcunu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5267,2 manat əsas borc, 319,84 manat faiz borcu olmaqla, cəmi 5587,04 manat borc, xx xxxxxx 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 664,49 manat məbləğində kredit borcu yaranmışdır. Ümumilikdə cavabdehin borcu 6251,53 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verib, ərizə təqdim edərək iddianı etiraf etdiyini, lakin maddi imkanı olmadığına görə borcunu qaytara bilmədiyini bildirərək, borcunu hissəhissə qaytaracağını qeyd etdi. İş materiallarına əlavə olunmuş: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 800804-830085/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 800892-PC********** saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə 700 manat məbləğində bərpa olunan kredit xətti açmışdır. xx.xx.2020-ci il tarixli, 001/007/3286/2020 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə xx xxxxxx 2019-cu il tarixli 800804-830085/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 5267,2 manat əsas borc, 319,84 manat faiz borcu olmaqla, cəmi 5587,04 manat təşkil edir. Kredit müqaviləsi üzrə gecikmə 127 gündür. xx.xx.2020-ci il tarixli, 001/007/3285/2020 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 800892-PC********** saylı kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu cəmi 664,49 manat təşkil edir. Kredit müqaviləsi üzrə gecikmə 116 gündür. Məhkəmə izahatları dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, bununla da aralarında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, yuxarıda qeyd olunan maliyyə arayışlarından da görünür ki, borclu kredit müqavilələri bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kredit müqavilələri üzrə iddiaçıya 5931,69 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış 5931,69 manat əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə məlum kredit məbləğini faizlərlə (illik 16.5 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Ona görə də, kredit müqaviləsi üzrə hesablanmış 319,84 manat məbləğində faiz borcu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 800804-830085/1 kredit müqaviləsi üzrə 5267,2 manat əsas borc, 319.84 manat faiz borcu olmaqla, cəmi 5587,04 manat və xx xxxxxx 2019-cu il tarixli 800892-PC********** saylı kredit xətti müqaviləsi üzrə 664,49 manat məbləğində kredit borcu olmaqla, ümumilikdə 6251,53 manat borc və 30 manat dövlət rüsumu İddiaçı X2 xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar