Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2710/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki işin baxılmamış saxlanılması barədə ərizəyə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı X2 xeyrinə 5164,43 manat borc, 348,26 manat faiz borcu olmaqla,cəmi 5512,69 manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi Samir Abbasov ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin tam ödəniş etdiyini, bu səbəbdən məhkəmə qaydasında işə baxılması zərurətinin aradan qalxdığını bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin iddiaya hər hansı münasibət bildirməməsi cavabdehin işə mahiyyəti üzrə baxılmasında maraqlı olmadığını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən q ə r a r a a l d ı m: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2710/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2710/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver