Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2728/2020 05.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı«xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı«xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********38530 olan HOFFMANN X Prime telefon , **********47457 HOFFMANN X Prime markalı telefon üçün 288,00 manat ödənilməmiş hissə, 86,00 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləüzrəSamsung markalı LED televizor , X3 təmizləyici vasitəüçün 1890 manatödənilməmiş hissə, 348 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan üçün 1404,00 manat ödənilməmiş hissə, 187,00 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan üçün 1452,00 manat ödənilməmiş hissə, 290 manat dəbbə pulu olmaqla:- Ümumilikdə 5945,00 (beş min doqquz yüz qırx beş) manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı«xxxxxxxxxxx» MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, tarixli müqavilələrəəsasən cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixli müqaviləüzrəİMEİ kodu **********38530 olan HOFFMANN X Prime telefon , **********47457 HOFFMANN X Prime markalı telefon, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı LED televizor , X3 təmizləyici vasitə xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı paltaryuyan,xx.xx.2019-cu il tarixli müqaviləüzrə Samsung markalı paltaryuyan almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliyi yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixli müqavilə üzrə 288,00 manat ödənilməmiş hissə, 86,00 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1890 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləüzrə 1404,00 manat ödənilməmiş hissə, 187,00 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1452,00 manat ödənilməmiş hissə, 290 manat dəbbə pulu olmaqla, hər dörd müqavilə üzrə ümumilikdə 5945,00 (beş min doqquz yüz qırx beş) manat borcu qalmışdır.Cavabdehə borcün ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin qeydiyyatda olduğu ünvanda yaşamadığıüçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 00663092 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissəhissəödəmək şərti ilə İMEİ kodu **********38530 HOFFMANN X Prime , **********47457 HOFFMANN X Prime markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli, 01002069 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissəödəmək şərti ilə Samsung markalı LED televizor, X3 təmizləyici vasitəalmışdır. xx.xx.2019-cu il tarixli, 01017352 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissəödəmək şərti ilə Samsung markalı paltaryuyan almışdır. xx.xx.2019-cu il tarixli, 01042480 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissəödəmək şərti ilə Samsung markalı paltaryuyan almışdır. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 00663092 nömrəli müqaviləüzrə 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01002069 nömrəli müqaviləüzrə 1890 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01017352 nömrəli müqaviləüzrə 1404 manat ödənilməmiş hissə 187 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 01042480 nömrəli müqaviləüzrə 1452 manat ödənilməmiş hissə 290 manat dəbbə pulu,ümumilikdə 5945 (beş min doqquz yüz qırx beş) manatborcu qalmışdır. «xxxxxxxxxxx» MMC-in Cavabdeh ünvanladığıxx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissəödənilməsi nəzərdə tutula bilər, hissə-hissəödəməşərti iləəşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissəödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəməcavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 01002069 nömrəli müqaviləüzrə tutulmalı olan 348 manat cərimə məbləği azaldılaraq 48 manat; xx.xx.2019-cu il tarixli, 01017352 nömrəli müqaviləüzrə tutulmalı olan 187 manat cərimə məbləği azaldılaraq 87 manat; xx.xx.2019-cu il tarixli, 01042480 nömrəli müqaviləüzrə tutulmalı olan 290 manat cərimə məbləği azaldılaraq 90 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqaviləüzrəöhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli, 00663092 nömrəli müqaviləüzrə 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01002069 nömrəli müqaviləüzrə 1890 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01017352 nömrəli müqaviləüzrə 1404 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01042480 nömrəli müqaviləüzrə 1452 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla ümumilikdə 5345 (beş min üç yüz qırx beş) manatcavabdehdən alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00663092 nömrəli müqaviləüzrə 288 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01002069 nömrəli müqavilə üzrə 1890 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01017352 nömrəli müqavilə üzrə 1404 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01042480 nömrəli müqavilə üzrə 1452 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla,ümumilikdə 5345 (beş min üç yüz qırx beş) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinəödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2728/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2728/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver