Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2731/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, müqaviləüzrə 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş məbləğ, 207 (iki yüz yeddi) manat dəbbə pulu , xx.xx.2019 -cu il tarixli, müqavilə üzrə 164 (bir yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 49 (qırx doqquz) manat dəbbə pulu , xx.xx.2019 -cu il tarixli, müqavilə üzrə 1500 (bir min beş yüz) manat ödənilməmiş məbləğ, 330 (üç yüz otuz) manat dəbbə pulu , xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş məbləğ, 98 (doxsan səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, müqavilə üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş məbləğ, 42 (qırx iki) manat dəbbə pulu olmaqla, 3752 (üç min yeddi yüz əlli iki ) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı cavabdehə1242 manat dəyərində olan Samsung markalı paltaryuyan, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 567 manat dəyərində olan Samsung Galaxy A6 markalı telefon, xx.xx.2019-cu il tarixli, müqaviləüzrə 1800 manat dəyərində olan Samsung markalı soyuducu, xx.xx.2019 -cu il tarixli müqavilə üzrə 635 manat dəyərində olan X5 7 markalı telefon və xx.xx.2019-cu il tarixli müqaviləüzrə192 manat dəyərində olan Nokia 3310 DS markalı telefon, Xiaomi Mi band 3 saat satmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 00588268 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən məbləğməbləğödəmək şərti ilə1242 manat dəyərində olan Samsung markalı paltaryuyan almışdır. xx.xx.2019 -cu il tarixli, 00614031 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən məbləğ-məbləğ ödəmək şərti ilə 567 manat dəyərində olan Samsung Galaxy A6 markalı telefon almışdır. xx.xx.2019 -cu il tarixli, 00648560 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən məbləğ-məbləğ ödəmək şərti ilə1800 manat dəyərində olan Samsung markalı soyuducu almışdır. xx.xx.2019 -cu il tarixli, 00690702 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən məbləğ-məbləğ ödəmək şərti ilə635 manat dəyərində olan X5 7 markalı telefon almışdır. xx.xx.2019 -cu il tarixli 00793631 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən məbləğ-məbləğ ödəmək şərti ilə192 manat dəyərində olan Nokia 3310 DS markalı telefon, Xiaomi Mi band 3 saat almışdır. xx.xx.2020-ci il tarixli maliyyə vəödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 00588268 nömrəli müqaviləüzrə 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş məbləğ, 207 (iki yüz yeddi) manat dəbbə pulu. xx.xx.2019-cu il tarixli, 00614031 nömrəli müqavilə üzrə 164 (bir yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 49 (qırx doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00648560 nömrəli müqavilə üzrə 1500 (bir min beş yüz) manat ödənilməmiş məbləğ 330 (üç yüz otuz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00690702 nömrəli müqaviləüzrə 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş məbləğ 98 (doxsan səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00793631 nömrəli müqavilə üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş məbləğ 42 (qırx iki) manat dəbbə pulu olmaqla ümumilikdə 3752 (üç min yeddi yüz əlli iki ) manat borcu qalmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görəəşyanın nisyə satılması haqqında müqavilədə onun məbləğ-məbləğ ödənilməsi nəzərdə tutula bilər, məbləğ-məbləğ ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məbləğ-məbləğödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinəəsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinəəsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cəriməödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019 -ci il tarixli, 00588268 nömrəli müqaviləüzrə 207 manat cərimə məbləği azaldılaraq 7 manat, xx.xx.2019 -cu il tarixli, 00614031 nömrəli müqaviləüzrə 49 manat cərimə məbləği azaldılaraq 9 manat, xx.xx.2019 -cu il tarixli, 00648560 nömrəli müqaviləüzrə 330 manat cərimə məbləği azaldılaraq 30 manat, xx xxx 2029-cu il tarixli 00690702 nömrəli müqaviləüzrə 98 manat cərimə məbləği azaldılaraq 8 manat və xx.xx.2019 -cu il tarixli, 00793631 nömrəli müqaviləüzrə 42 manat cərimə məbləği azaldılaraq 2 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqaviləüzrəöhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli, 00588268 nömrəli müqaviləüzrə 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2019 -cu il tarixli, 00614031 nömrəli müqaviləüzrə 164 (bir yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 9 (doqquz) manat dəbbə pulu , xx.xx.2019 -cu il tarixli, 00648560 nömrəli müqaviləüzrə 1500 (bir min beş yüz) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat dəbbə pulu,xx.xx.2019-cu il tarixli, 00690702 nömrəli müqaviləüzrə 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş məbləğ, 8 (səkkiz) manat dəbbə pulu, xx.xx.2019 -cu il tarixli, 00793631 nömrəli müqaviləüzrə 140 (bir yüz qırx) manat ödənilməmiş məbləğ, 2 ( iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 3082 (üç min səksən iki) manat cavabdehdən alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00588268 nömrəli müqavilə üzrə 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00614031 nömrəli müqavilə üzrə 164 (bir yüz altmış dörd) manat ödənilməmiş məbləğ, 9(doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00648560 nömrəli müqavilə üzrə 1500 (bir min beş yüz) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat dəbbə pulu, xx.xx.2019 -cu il tarixli 00690702 nömrəli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş məbləğ, 8 (səkkiz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00793631 nömrəli müqavilə üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş məbləğ, 2 (iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 3082 (üç min səksən iki) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2731/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2731/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver