Məhkəmə qərarları › İş №2(043)-2734/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2734/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2734/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Firdus Sabir oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərMəmmədov Firdus Sabir oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2727,34 manat əsas borc, 321,05 manat faiz borcu və 247,08 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 0,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3295,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Seyidov Mirumud Mirtam oğlu iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinəəsasən «xxxxxx» İKB ASC tərəfindən cavabdeh Məmmədov Firdus Sabir oğluna 12 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-dək Məmmədov Firdus Sabir oğlunun banka 2727,34 manat əsas borc, 321,05 manat faiz borcu və 247,08 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 0,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3295,87 manat borcu vardır. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini tam icra etməmişlər. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürdükləri öhdəliyi yerinə yetirməmişlər, müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Məmmədov Firdus Sabir oğluna və Cavabdeh2məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-286-19 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Məmmədov Firdus Sabir oğluna 12 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-286-19 nömrəli zaminlikmüqaviləsindən görünür ki, kredit müqaviləsi üzrəMəmmədov Firdus Sabir oğlunun bank qarşısında götürdüyüöhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Məmmədov Firdus Sabir oğlunun banka 2727,34 manat əsas, 321,05 manat faiz, 247,08 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 0,4 manat məbləğindəəldən çıxmış fayda olmaqla, cəmi 3295,87 manat borcu qalmışdır. Cavabdehlərəünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Məmmədov Firdus Sabir oğlu «xxxxxx» İKB ASC-nin xəzinədarlığından 5000 manat pul götürmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünürki, əvvəlki «xxxxxx» İKBASC-inadıİddiaçı Açıq Səhmdar Cəmiyyəti kimi qeydə alınmışdır. Məhkəməiclasındamüəyyənedildiki,xx.xx.2019-cu il tarixli MY-1-0-286-19 nömrəli kredit müqaviləsi üzrə «xxxxxx» İKB ASC tərəfindən cavabdeh Məmmədov Firdus Sabir oğluna 12 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər müqaviləüzrəüzərlərinə düşən öhdəliyi tamyerinə yetirmədikləri üzün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinəəsasən, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. MM-in 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. Göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi pozmuşdur. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Məmmədov Firdus Sabir oğlundan, zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Məmmədov Firdus Sabir oğlundan və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləüzrə 2727,34 manat əsas borc, 321,05 manat faiz borcu və 247,08 manat cərimə, 0,4 manat məbləğindəəldən çıxmış fayda olmaqla, cəmi 3295,87 manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən 30,0 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Məmmədov Firdus Sabir oğlundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-286-19 nömrəli müqavilə üzrə 2727,34 manat əsas borc, 321,05 manat faiz borcu, 247,08 manat cərimə və 0,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3295,87 (üç min iki yüz doxsan beş manat 87 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar