Məhkəmə qərarları › İş №2(043)-2740/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2740/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2740/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e tdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-3154/2018 nömrəli, qətnaməsi ilə xx xxxxxxx 2003-cü ildə anadan olmuş X2 və xx xxxx 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi ayda 340 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlə birgə nikahlarından xx xxxx 2002-ci ildə anadan olmuş Cabbarın, xx xxxxxxx 2003-cü ildə anadan olmuş Cəfərin və xx xxxx 2014-cü ildə anadan olmuş Kənanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X19 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 90 manat aliment kəsilmişdir. Hazırda uşaqlardan Cabbar yetkinlik yaşına çatmışdır. Cavabdeh alimentdən başqa uşaqlara maddi köməklik etmir. O özü X20 Deposunda çilingər işləyib 350 manat əmək haqqı alır. Həmin pul ailəsinin təminatını ödəmir. Uşaqlar böyüdükçə təlabatları artır. Təyin olunmuş aliment uşaqların saxlanmasında yetərli deyil. Cavabdeh isə alimentən başqa uşaqların saxlanmasında çəkilən xərclərdə iştirak etmir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyrək göstərdi ki, hal hazırda işsizdir və heç bir gəliri və qazancı yoxdur. Əgər gələcəkdə işi olarsa uşaqların saxlanması üçün lazımi köməkliyi edəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- X19 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-3154/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2002-cil ildə anadan olmuş, X1, xx.xx.2003-cü ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X19 Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-3154/2018 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2002-cil ildə anadan olmuş X1, xx.xx.2003-cü ildə anadan olmuş X2 və xx.xx.2014cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur.Uşaqlardan Cabbar yetkinlik yaşına çatmışdır. Təyin olunmuş 90 manat məbləğində aliment yetkinlik yaşlarına satmayan uşaqların saxlanmaları üçün yetərli olmadığından və cavabdeh hər uşağa görə ödədiyi 90 manat alimentdən başqa uşaqların saxlanmalarına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə işləmədiyi üçün alimentin məbləğinin artırılmasına maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «X13»Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «X13» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə X19 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3154/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 150 (bir yüz əlli ) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh isə işsiz olmasını göstərərək qeyd olunan alimenti ödəməyə maddi imkanının olmadığını göstərmişdir. X14 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X8» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edildiyini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2003-cü ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh X19 Rayon Məhkəməsinin xx.xx.2018-cu il tarixli, 2(043)-3154/2018 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 90 (doxsan) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. X19 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3154/2018 nömrəli qətnaməsi ilə xx.xx.2003-cü ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üşün cavabdeh X5 hər ay hər uşağa görə tutulan 90 (doxsan) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat müəyyən edilsin və qətnamə qanuni qüvvəyyə mindiyi vaxtdan başlayaraq cavabdeh X4 alınaraq iddiaçı X6 verilsin. İş üzrə ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X19 Rayon Məhkəməsi vasitəsi ilə GəncəApelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar