Məhkəmə qərarları › İş №2(043)-2744/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2744/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2744/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2019-cü il tarixli kredit müqaviləsinə 2444,96 manat əsas borc, 4,09 manat faiz borcu və 5,82 manat cərimə borcu olmaqla ümumilikdə 2454,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 5 ədəd 20,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24 dekabr 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2446,74 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 2019-cu il 24 dekabr tarixli girov müqaviləsi bağlanaraq mülkiyyətindəki 5 ədəd 20,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə 24 dekabr 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyun ayının 25dək Cavabdeh1 banka 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2444,96 manat əsas borc, 4,09 manat faiz borcu və 5,82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2454,87 manat olmaqla borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 24.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 15.02.2013-cü il tarixli, 10-M-1-0-277-13 nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya olunması məqsədi ilə 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 2446,74 manat kredit verilmişdir. 24.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissəhissə ödəmək şərti ilə 24.12.2024-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. 24.12.2019-cu il tarixli, 10-M-1-0-277-13 nöməli zaminlik müqaviləsindən görünür ki, 24.12.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi üzrə iddiaçı qarşısında zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 24.12.2019-cu il tarixli 10-M-1-0-277-13 nömrəli girov müqaviləsindən və ona əlavə olunmuş girovun qiymətləndirilməsi və qəbul edilməsi aktından görünür ki, kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh1 özünə məxsus 5 ədəd, 583 əyyarlı, 20,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını girov qoymuşdur. 25.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2444,96 manat əsas borc, 4,09 manat faiz borcu və 5,82 manat cərimə borcu olmaqla ümumilikdə 2454,87 (iki min dörd yüz əlli dörd manat 87 qəpik) manat məbləğində borcu qalmışdır; 14.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli güzəştli kreti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 2446,74 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər arasında 24.12.2019-cu il tarixli 10-M-1-0-277-13 nömrəli girov müqaviləsi bağlanaraq borcalan Cavabdeh1 özünə məxsus 5 ədəd, 583 əyyarlı, 20,1 qram çəkidə üzükdən ibarət qızılzinət əşyasını girov qoymuşdur. Eyni zmanda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə tərəflər arasında zaminlik müqaviləsi bağlanaraq Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-n 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 296.1 maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olmadıqda girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Kredit borcunun borcalan Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 2444,96 manat əsas borc, 4,09 manat faiz borcu və 5,82 manat cərimə borcu olmaqla, ümumilikdə 2454,87 (iki min dörd yüz əlli dörd manat 87 qəpik) manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma 24.12.2019-cu il tarixli 10-M-1-0-277-13 nömrəli girov müqaviləsi üzrə 5 ədəd, 583 əyyarlı, 20,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc ümumi qaydada tutulmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh1 qaytarılmalıdır Kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehlər müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 2444,96 manat əsas borc, 4,09 manat faiz borcu və 5,82 manat cərimə olmaqla, ümumilikdə 2454,87 (iki min dörd yüz əlli dörd manat 87 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dölət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma 24.12.2019-cu il tarixli 10-M-1-0-277-13 nömrəli girov müqaviləsi üzrə Cavabdeh1 məxsus 5 ədəd, 583 əyyarlı, 20,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 24.12.2019-cu tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehlərdən ümumi qaydada tutulsun. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar