Məhkəmə qərarları › İş №2(043)-2746/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2746/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2746/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200,40 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında 13.10.2020-ci il tarixdə MasterCard Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və kart hesabı açılmışdır. Müştəri 2020-ci ilin oktyabr ayının 14-də hesaba 200 manat mədaxil etmiş, həmin vəsaiti qalığı yoxlanmamış nağdlaşdırıb 199 manat kartın xidmət haqqı tutulub. O səbəbdən də müştəriyə məxsus hesab 200,40 manat məbləğində overdrafta çıxmışdır. Bankın Səbail filialı tərəfindən cavabdehə bu barədə 10.03.2021-ci il tarixli 13- 02/515 saylı və 14.04.2021-ci il tarixli, 13-02/585 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh hazırkı vaxtadək banka məxsus olan 200,40 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitinin özündə saxlamaqla banka maddi zərər vurur. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. 21 aprel 2021-ci il tarixli 13-02/590 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 13 oktyabr 2020-ci il tarixli, MasterCard Debit kart müqaviləsinə əsasən verilmiş kart və hesab üzrə olan borcu 21 aprel 2021-ci il tarixinə 200,40 AZN təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ki, İddiaçı ASC ilə Cavabdeh arasında plastik kartların əldə edilməsinə və istifadəsinə dair həmçinin 13 oktyabr 2020-ci il tarixli “Kartmane” xidmət üzrə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən kartın növü X3 təşkil etmiş, kartmane hesabı AZN valyutasında 60 ay müddətinə açılmış, hesab üzrə (hər valyuta üzrə, bir və ya bir neçə kart üzrə) fazilər yalnız hesab qalığı minimum 100 AZN/USD olduqda və maksimum 50000 AZN-dək/USD-dək olan hissəyə hesablanması, həmin müqavilənin 6.4.1-ci bəndi ilə müəyyən olunmuş şərtləri nəzərə alınmaqla kartmane hesabına istənilən məbləğdə pul qoyula bilməsi, Kartmane hesabının qalığına illik 6 faiz hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən hesaba mədaxil edilmiş 200 manat vəsait qalığı yoxlanmamış nağdlaşdırılaraq 199 manat kartın xidmət haqqı tutulmuşdur. Həmin səbəbdən də cavabdehə məxsus hesab 200,40 manat məbləğində overdrafta çıxmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq overdrafta yol verərək 200,40 manat məbləğində iddiaçıdan əsassız əldə etdiyi pulu qaytarmadığı üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq overdrafta yol verməklə hesabında olan 200,40 manat pulu çıxararaq həmin pulu heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, 200,40 manat cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 200,40 (iki yüz manat 40 qəpik) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar