Məhkəmə qərarları › İş №2(043)-2747/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2747/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2747/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə LG markalı LCD televizor, Hoffman markalı musiqi mərkəzi üçün1578 (bir min beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqavilə üzrə GREE markalı kondisioner üçün 571 (beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat dəbbə pulu olmaqla cəmi 2607 (iki min altı yüz yeddi) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı LCD televizor, Hoffman markalı musiqi mərkəzi , GREE markalı kondisioner almış və nəticədə 2607 (iki min altı yüz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədəxx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2049 manat olan LG markalı LCD televizor, Hoffmann markalı musiqi mərkəzi üçün 1578 (bir min beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 759 manat olan GREE markalı kondisioner üçün 571 (beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat dəbbə pulu borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də o, məlum olan axırıncı yaşayış yerində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli, 00682556 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 2049 manat dəyərində LG markalı LCD televizor, Hoffmann markalı musiqi mərkəzi satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 108 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00682556 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 759 manat dəyərində GREE markalı kondisioner satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 11 ay ərzində hər ay 69 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1578 (bir min beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 292 (iki yüz doxsan iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 571 (beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat dəbbə pulu olmaqla ümumilikdə 2607 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildiki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında məişət əşyalarının nisyə satışına dair xx.xx.2019-cu il tarixdə müqavilələr bağlanaraq,iddiaçı tərəfindən cavabdehə məişət əşyaları satılmışdır.Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəməcavabdehin yüksək məbləğdə cəriməödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00682556 nömrəli müqavilə üzrə tutulmalı olan 292 manat cərimə məbləği azaldılaraq 92 manat; xx.xx.2019-cu il tarixli, 00682583 nömrəli müqaviləüzrə tutulmalı olan 166 manat cərimə məbləği azaldılaraq 66 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqaviləüzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli 00682556 nömrəli müqaviləüzrə 1578 manat ödənilməmiş məbləğ, 92 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00682583 nömrəli müqavilə üzrə 571 manat ödənilməmiş məbləğ, 66 manat dəbbə pulu olmaqla ümumilikdə 2307 (iki min üç yüz yeddi) manat pul cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli 00682556 nömrəli müqaviləüzrə 1578 (bir min beş yetmiş səkkiz) manat ödənilməmiş məbləğ 92 (doxsan iki) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli 00682583 nömrəli müqavilə üzrə 571 (beş yetmiş bir) manat ödənilməmiş məbləğ 66 (altmış altı) manat dəbbə pulu olmaqla ümumilikdə 2307 (iki min üç yüz yeddi) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx» Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar