Məhkəmə qərarları › İş №2(043)-2748/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2748/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2748/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 85000 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh X8 Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 1(100)-129/2019 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətəinə dövlət və yerli özünidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (alt) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkənin başlanğıcının tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanması və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmənin hökmü ilə Cavabdeh ona dələduzluq yolu ilə ümumilikdə 85 000 manat ziyan vurduğu müəyyən edilmişdir. Cavabdeh hazırda Bakı şəhəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh həbsdə saxlanıldığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsinə iddia ərizəsinin surəti və məhkəmə bildirişi göndərilmiş, eləcə də cavabdehin məhkəmə iclasında iştirak etmək istədiyi halda məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etmək istəyini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X8 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(100)-129/2019 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətəinə dövlət və yerli özünidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (alt) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi hökm edilmiş, həmin hökmlə Cavabdeh 2017ci ilin əvvəllərində tanışı Gəncə şəhər sakini İddiaçı Teyyub oğluna müraciət edərək özünün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək işlədiyi bankın Atatürk şöbəsində valyuta mübadiləsi ilə məşğul olduğunu, İddiaçı valyuta mübadiləsi yolu ilə yaxşı qazanc əldə edə biləcəyinə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib onu inandıraraq, sonuncunun inam və etibarının qazandıqdan sonra 2017-ci ilin yay aylarında Gəncə şəhəri, X9 prospekti 249 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialının Atatürk şöbəsinin qarşısında görüşərək İddiaçı 2000 (iki min) manat, 2017-ci ilin noyabr ayında yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 50 saylı evin qarşısında İddiaçı 6000 (altı min) manat, 2017-ci iln dekabr ayında həmin ünvanda sonuncudan 28000 (iyirmi səkkiz min) manat 2018-ci ilin mart ayında göstərilən ünvanda İddiaçı 15000 (on beş min) manat və 2018-ci ilin aprel ayında isə həmin ünvanda sonuncudan şəxsən 34000 (otuz dörd min) manat olmaqla vahid niyyətlə ümumilikdə 85000 (səksən beş min) manat pul vəsaitini valyuta mübadiləsində istifadə edib qazanc verməsi adı ilə şəxsən alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma etibardan sui-istifadə etmə yolu ilə Vüsal Allahveriyeva məxsus ümumilikdə 85000 (səksən beş min) manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(104)-251/2019 nömrəli qərarından görünür ki, Cavabdeh müdafiəçisinin və zərərçəkmiş şəxs onun apelyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinərək məhkum edilmməsinə dair X8 Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-129/2019 nömrəli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(102)-447/2020 saylı qərarından görünür ki, məhkum Cavabdeh barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, iş №1(104)-251/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən iddiaçının etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2017-2018-ci illərdə müxtəlif vaxtlarda ümumilikdə iddiaçının 85000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar cavabdeh tərəfindən cinayət işinə baxılarkən qismən etiraf edilmiş, eyni zamanda X8 Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 85000 (səksən beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar