Məhkəmə qərarları › İş №2(043)-2750/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2750/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2750/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən evin pilləkənlərini düzəltmək istəmişdir. Oğlu Nicat sinif yoldaşı olmuş Vüsal adlı şəxsin usta olduğunu və ona gördüyü bəzi işlərin foto şəkillərini göstərdiyini bildirmişdir. Bundan sonra, o cavabdehi çağırtdırmışdır. Cavabdeh xx.xx.2020-ci ildə evə gəlib baxıb, pilləkəni düzəldib mart ayının xx.xx.2020-ci il tarixə təhvil verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh onlara gələrək material almaq üçün öncədən 1000 (min) manat pul istəmiş, o da həmin məbləğdə pulu ona vermişdir. Lakin, həmin vaxtdan dəfələrlə cavabdehlə əlaqə saxlayıb işini görməsini tələb etsə də, o, əvvəllər müxtəlif bəhanələr gətirmiş, son vaxtlar isə ümumiyyətlə telefon zənglərimə cavab verməmişdir. Cavabdeh nə pilləkənləri, nə də verdiyi pulu qaytarmamışdır. O bu barədə Gəncə şəhər Baş Polis idarəsinə müraciət etmiş, iş üzrə araşdırılma aparılarkən cavabdeh həqiqətən də ondan 1000 manat almasını, lakin heç bir iş görmədiyini etiraf etmişdir. Həmin iş üzrə cavabdehin əməlində dələduzluq əməlinin tərkib hissəsi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmişdir. Buna görə də məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ İTİ-nin təhqiqatçısının xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunur ki, cavabdeh izahat verərkən iddiaçının evində pilləkən düzəltmək üçün iddiaçının oğlu Nicatın vasitəsi ilə iddiaçıdan 2020-ci ilin əvvəllərində hər dəfə 500 manat olmaqla iki dəfəyə 1000 manat məbləğində pul aldığını, lakin pilləkəni düzəldə bilmədiyini, həmin vaxt pula ehtiyacı olduğu üçün pulu şəxsi məqsədləri üçün xərclədiyini etiraf etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı X3 ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus evdə pilləkəni düzəltmək üçün iddiaçı cavabdehə 1000 manat məbləğində pul vermişdir. Bu hal iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Göründüyükimi, cavabdeh podrat müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada pilləkənin düzəldilməsi ilə bağlı heç bir iş görməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Cavabdeh podrat müqaviləsi ilə şərtləndirilmiş işi yerinə yetirməkdən imtina etmiş, müqavilənin icrası üçün ona verilən pulu isə xərcləmişdir. Belə olan halda iddiaçının öhdəliyin icrası üçün müddət təyin etməsinin heç bir nəticə verməyəcəyi aydın olduğundan iddiaçı müqavilədən imtina etməkdə və dəymiş zərərin əvəzinin ödənilməsində haqlıdır. İddiaçı ona vurulmuş zərər kimi cavabdehə ödədiyi 1000 manat pulun qaytarılmasını tələb etmişdir. Məhkəmə iddianı tam əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi 1000 (bir min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar