Məhkəmə qərarları › İş №2(043)-2755/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2755/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2755/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6812 (altı min səkkiz yüz on iki) manatpulun və dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehi onun anasının vasitəsi ilə tanımışdır. Belə ki, cavabdehiq anası Latavra xanım ilə birlikdə işləmiş, onu yaxından tanımışdır. Cavabdeh onu tanıdığıüçün qısa müddət ərzində ona pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. O, cavabdehlə xx xxx 2019-cu ildə cavabdehlə notarial qaydada borc müqaviləsi bağlayaraq cavabdehə 2250 manat borc vermişdir. Cavabdeh pulu ondan aldıqdan sonra min bir bəhanə gətirərək bu günə kimi aldığı borcu qaytarmamışdır. Hər dəfə də tez bir zamanda pulu qaytaracağını bildirsə də, üzərinə götürdüyüöhdəliyi yerinə yetirməmişdir. Bundan sonra cavabdeh onun etibarından sui istifadə edərək yenidən bildirmişdir ki, ona olan borcunu qaytarmaq üçün ona yenidən pul tapmalıdır, əks təqdirdə aldığı borc batacaq, köhnə borcunu qaytara bilməyəcək. Əgər ona pul taparsa, o aldığı borcları birdəfəyə ona qaytaracaqdır. O, isə məcbur olub iki dəfə faizə girərək, bir dəfə gəlinin vəözünün qızıllarını qoyub 2682 manat, bir dəfə də qızının qızıllarını qoyaraq 1560 manat lombarddan pul götürüb ona vermişdir ki, nəhayət cavabdeh aldığı borcları tamamilə qaytarsın. Beləliklə o, cavabdehə cəmi 6812 (altı min səkkiz yüz on iki) manat borc pul vermiş və bu günə kimi də ala bilmir. O, lombarddan götürdüyü pullar üçün xeyli məbləğdə faiz ödəmiş, lombarddan pul alanda komissiya xərcləri çıxılıb. Bütün bunlara baxmayaraq cavabdehə hər dəfə zəng edib pulunu istəyəndə bildirmişdir ki, «narahat olma, yaxın vaxtlarda pulu tamamilə qaytaracam». Cavabdehin onun etibarından sui-istifadə edib borc adı ilə aldığı pullara görə hazırda olduqca ağır maddi vəziyyətdədir. Banka faiz ödəyir. Bu gün onun həmin pula böyük ehtiyacı vardır. Pandemiya iləəlaqədar işləmir, sıxıntı içərisindədir. Ona məlum olmuşdur ki, cavabdeh ailəsi üçün Gəncəşəhəri, Ozan küçəsində yeni inşa edilmişçoxmərtəbəli binadan mənzil almış və ondan aldığı pulları görünür, həmin mənzil üçün xərcləmişdir. Cavabdehin anasına bu barədə zəng etdiyinə görə cavabdeh onu hədələmiş, bir daha ona zəng etməməyini bildirərək ona demişdir ki, əgər anasına zəng etsə pulu qaytarmayacaqdır. O, cavabdehdən verdiyi pulu ala bilmədiyinə görə Nizami rayon Polis İdarəsinəşikayət etmişdir. Polis idarəsində ona tövsiyyə edilmişdir ki, iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etsin. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh iddiaçıdan xx xxx 2019-cu ildə 2250 manat borc pul almış və bu barədə aralarında həmin tarixdə Gəncə şəhər 3 saylı notariat ofisində borc müqaviləsi bağlanmışdır.Cavabdeh həmin puldan 1500 manatını ayrı-ayrı vaxtlarda hissə-hissə faizi ilə birlikdə qaytarmış və tərəflər qəbzə imza etmişlər. Cavabdeh yerdə qalan 750 manat borcunu ödəməyə etiraz etmir. İddia tələbi qalan hissədə tam əsassız olduğundan iddia tələbinin qalan hissədə təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixdə, 3M-135 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2250 manat borc pulu xx.xx.2019-cu il tarixə qədər ödəmək şərti ilə vermişdir. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzdən görünür ki, cavabdeh tərəfindən ayrıayrı vaxtlarda hissə-hissə iddiaçıya 1500 manat pul qaytarılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in739.1-cimaddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış iddiaçı cavabdehə 2250 manat məbləğində borc vermişdir. Cavabdeh müqavilə üzrə aldığı borcun bir qismini yəni 1500 manatını qaytarmış (iddiaçı tərəfindən də mübahisələndirilməmişdir) qalan borcunu isə ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq 750 manat məbləgində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı 2250 manatdan başqa cavabdehə borc verməsinə dair har hansı bir sübut təqdim etməmişdir. Öz tələbinin əsası kimi bankdan kredit götürdüyünü əsas gətirmiş, lakin bankdan götürdüyü pulun cavabdehə verməsinə dair sübut təqdim etməmişdir. Bununla belə iddiaçının cavabdehə verdiyi pulu notarial qaydada müqavilə ilə verməsini və bundan sonra cavabdehin ona olan borcunu qaytarmadığı halda yenidən heç bir sənədləşmə aparmadan yenidən cavabdehə borc verməsini məhkəmə işin hallarına uyğun hesab etmir. İşüzrəödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 750 (yeddi yüz əlli) manat borc vəödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar