Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-277/2020 07.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüsyenov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) x2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.05.2015-ci ildə anadan olmuş x1 yetkinlik yaşına çatanadək saxlanılması təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 160 manat sabit pul məbləgində müəyyən edilərək cavabdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili x4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli, 2(044)-6303/2017 nömrəli qətnaməsinə əsasən Samux Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahlarından anadan olmuş x1 yetkinlik yaşına çatanadək 120 manat müəyyən edilmişdir. Təyin olunmuş aliment uşağın minimum tələbatını belə ödəmir. Cavabdeh kifayət qədər qazanca malikdir ki, iddia tələbi üzrə alimenti ödəsin. Cavabdeh təyin olunmuş alimentdən əlavə uşağın saxlanması üçün heç bir maddi yardım etmədiyi üçün iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək alimentin artırılaraq hər ay 160 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 557060 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 20.05.2015-ci ildə Toğrul adlı uşaqları anadan olmuşdur; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli, 2(044)-6303/2017 nömrəli qətnaməsinin surətindən görünür ki,Samux Rayon Məhkəməsinin 18 noyabr 2015-ci tarixli, 2(058)-1464/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 22.08.2017-ci il tarixdən başlayaraq Cavabdeh Qinyaz oğlundan 20 may 2015ci il tarixdə anadan olmuş x1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli, 2(044)-6303/2017 nömrəli qətnaməsinə əsasənSamux Rayon Məhkəməsinin 18 noyabr 2015-ci tarixli, 2(058)-1464/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 22.08.2017-ci il tarixdən başlayaraq Cavabdeh Qinyaz oğlundan 20 may 2015-ci il tarixdə anadan olmuş x1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 120 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul edərək, hər ay 160 manat aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x3» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x3» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə x7 Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli, 2(044)-6303/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli, 2(044)-6303/2017 nömrəli qətnaməsi ilə 20.05.2015-ci ildə anadan olmuş x1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-277/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-277/2020
07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver