Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-277/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1703,73 manat, faiz borcuna görə 86,55 manat, cəmi 1790,28 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı saxlanc girov müqaviləsində nəzərdə tutulan qızıl-zinət əşyalarına (Sep- 4 ədəd, çəkisi- 35,9 qr., əyarı- 583; Saat-Luc-Cayka- 2 ədəd, çəkisi- 20 qr., əyarı- 583; Klon- 1 ədəd, çəkisi- 5,6 qr., əyarı- 583; Sırğa- 1 ədəd, çəkisi- 4,3 qr., əyarı- 583; Üzük- 1 ədəd, çəkisi - 6,3 qr, əyarı - 583; cəmi: 72,1 qr.) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borcun ödənilməsinə, yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 2885 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı” ASC-nin “Gəncə” filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı saxlanc girov müqaviləsi bağlanaraq adları çəkilən qızıl-zinət əşyaları girov qoyulmuşdur: Sep- 4 ədəd, çəkisi- 35,9 qr., əyarı- 583; Saat-Luc-Cayka- 2 ədəd, çəkisi- 20 qr., əyarı- 583; Klon- 1 ədəd, çəkisi- 5,6 qr., əyarı- 583; Sırğa- 1 ədəd, çəkisi- 4,3 qr., əyarı- 583; Üzük- 1 ədəd, çəkisi - 6,3 qr, əyarı - 583; cəmi: 72,1 qr. xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq ayda 201 (iki yüz bir) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1703,73 manat, faiz borcuna görə 86,55 manat olmaqla, borcu cəmi 1790,28 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, GNLMB-8366 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1203,73 manat, faiz borcuna görə 251,69 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1455,42 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması; Sep- 4 ədəd, çəkisi- 35,9 qr., əyarı- 583; Saat-Luc-Cayka- 2 ədəd, çəkisi- 20 qr., əyarı- 583; Klon-1 ədəd, çəkisi- 5,6 qr., əyarı- 583; Sırğa- 1 ədəd, çəkisi- 4,3 qr., əyarı- 583; Üzük- 1 ədəd, çəkisi - 6,3 qr, əyarı - 583; cəmi: 72,1 qr., bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, yetərli olmadığı halda qalan borcun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2020-ci il tarixli GNLMB-8366 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 18 ay müddətinə illik 30 faiz hesablanmaqla 2885 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.5-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl icra edilməsini və kreditalanın müqavilə üzrə kreditverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək kreditverənin hüququdur. Həmçinin, müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan tərəfindən müqavilə müddəti ərzində ödənişlərin gecikdirilməsi zamanı borcalan vaxtında ödənilməmiş məbləğin 1% həcmində (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli GNLMB-8366 saylı girov müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli GNLMB- 8366 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi girov müqaviləsi bağlanmış və borcalana məxsus 9 ədəd ümumi çəkisi 72,1 qram olan qızıl-zinət əşyası girov qoyulmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1203,73 manat əsas borcu, 251,69 manat faiz borcu olmaqla, cəmi 1455,42 manat məbləğində borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçınn təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB-8366 nömrəli kredit müqaviləsi üzrə 1203,73 manat əsas borc və 251,69 manat faiz borcu olmaqla, cəmi 1455,42 manat (min dörd yüz əlli beş manat qırx iki qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaqİddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan 583 əyarlı, ümumi çəkisi 72,1 qram olan 9 ədəd qızıl zinət əşyalarına (sep- 4 ədəd, çəkisi- 35,9 qr.; saat-luc-cayka- 2 ədəd, çəkisi- 20 qr; klon- 1 ədəd, çəkisi- 5,6 qr; sırğa - 1 ədəd, çəkisi- 4,3 qr; üzük - 1 ədəd, çəkisi - 6,3 qr) yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazda, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-277/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-277/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver