Məhkəmə qərarları › İş №2(043)-2779/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-2779/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-2779/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq m ü əy y ə n e t d i: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, iş üzrə Borclu 03 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 889 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 708 manat borcu qalıb. İş üzrə Borclu 11 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1129 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1125 manat borcu qalıb. Odur ki, borcludan 1833 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1853 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Ona görə də xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1833 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1853 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 11 avqust 2020-ci il tarixli GN2K5816979 nömrəli müqavilədən görünür ki, Borclu Kreditor MMC-dən kredit yolu ilə 1129 manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 4 manat ödədikdən sonra 1125 manat məbləği 15 ay müddətinə aylıq 75 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 03 may 2020-ci il tarixli GN2K5816624 nömrəli müqavilədən görünür ki, Borclu Kreditor MMC-dən kredit yolu ilə 889 manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 4 manat ödədikdən sonra 885 manat məbləği 15 ay müddətinə aylıq 59 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 03.05.2020-ci il tarixində bağlanmış GN2K5816624 saylı müqavilə üzrə ödənilməmiş 708 manat, 11.08.2020-ci il tarixində bağlanmış GN2K5816979 saylı müqavilə üzrə ödənilməmiş 1125 manat olmaqla, ümumilikdə 1833 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx.xx.1996-cı ildə Gəncə şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 03.05.2020-ci il tarixində bağlanmış GN2K5816624 saylı müqavilə üzrə 708 manat, 11.08.2020-ci il tarixində bağlanmış GN2K5816979 saylı müqavilə üzrə 1125 manat olmaqla, ümumilikdə 1833 (bir min səkkiz yüz otuz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul vəsaiti alınaraq Kreditor hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar