Məhkəmə qərarları › İş №2(043)-2780/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2780/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2780/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5502.27 manat məbləğində kredit borcu, 442.55 manat məbləğində faiz borcu və 1320.54 manat məbləğində cərimə olmaqla, cəmi 7265,36 manat məbləğində borcun, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1858,69 manat məbləğində kredit borcu, 172,85 manat məbləğində faiz borcu və 449,8 manat məbləğində cərimə olmaqla, cəmi 2481,34 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, X8 İddiaçı QSC-dən 24.12.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2020-ci il tarixli 006A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. X8 vəfat etdiyindən onun vərəsəsi Cavabdeh1 kredit müqaviləsi üzrə onun mövcud olan öhdəliklərini qəbul etmiş və buna dair bankla Cavabdeh1 arasında müvafiq saziş bağlanmışdır. Belə ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 27.07.2020-ci il tarixli 006A**********SA saylı sazişlə Cavabdeh1 X3 006A********** saylı kredit müqaviləsi üzrə olan bütün öhdəliklərini qəbul etmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.09.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 497,73 manat ödəniş etmiş və onun iddiaçıya 5502,27 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 24.05.2021-ci il tarixə 240 gün üçün hesablanmış faiz borc 442,55 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 24.05.2021-ci il tarixə 240 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1320,54 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 24.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə X4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 zaminlik müqavillərinə əsasən bank qarşısında üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X8 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidirlər. X8 İddiaçı QSC ilə 24.12.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2020-ci il tarixli 006A**********S saylı sazişlə müqaviləyə ödəniş planına dəyişiklik edilmişdir. X8 vəfat etdiyindən onun vərəsəsi Cavabdeh1 kredit müqaviləsi üzrə onun mövcud öhdəliklərini qəbul etmiş və buna dair bankla Cavabdeh1 arasında müvafiq saziş bağlanmışdır. Belə ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.07.2020-ci il tarixli 006A**********SA saylı sazişlə Cavabdeh1 X3 006A********** saylı kredit müqaviləsi üzrə olan bütün öhdəliklərini qəbul etmişdir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X5 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 24.12.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, "xxxx" QSC tərəfindən X6 36 ay müddətinə, aylıq 2,0833 % faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. 24.12.2019-cu il tarixli zaminlik müqavilədərindən görünür ki, X9, Cavabdeh1 və Cavabdeh2 24.12.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan X8 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 05.05.2020-ci il tarixli, 006A**********S saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, "xxxx" QSC ilə X8 arasnda bağlanmış 24.12.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsinin müddəti 38 ay müddətə qədər uzadılmışdır. "xxxx" QSC ilə X9, Cavabdeh1 və Cavabdeh2 arasnda bağlanmış 05.05.2020-ci il tarixli, zaminlik müqavilələrinə dəyişiklik dəyişiklik edilməsi haqqında sazişşlərdən görünür ki, zaminlik müqavilələrinin müddəti 38 ay müddətə qədər uzadılmışdır. 27.07.2020-ci il tarixli, 006G**********02SA saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, 24 dekabr 2019-cu il tarixdə bağlanmış zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək Cavabdeh1 borclu adlandırılaraq kredit müqaviləsinin müddəti 39 ay müəyyən edilmişdir. X9 ilə "xxxx" QSC arasında bağlanmış 27.07.2020-ci il tarixli, 006G**********02SA saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, zaminlik müqaviləsinin müddəti 39 ay müəyyən edilmişdir. Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış 27.07.2020-ci il tarixli, 006G**********01SA saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, zaminlik müqaviləsinin müddəti 39 ay müəyyən edilmişdir. 29.10.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, "xxxx" QSC tərəfindən X6 12 ay müddətinə, aylıq 2,25 % faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. 05.05.2020-ci il tarixli, 006A**********S saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, "xxxx" QSC ilə X8 arasnda bağlanmış 29.10.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsinin müddəti 16 ay müddətə qədər uzadılmışdır. 27.07.2020-ci il tarixli, 006A**********SA saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, "xxxx" QSC ilə X8 arasnda bağlanmış 29.10.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsinin müddəti 15 ay uzadılmışdır. X8 vəfat etdiyindən onun varisi Cavabdeh1 bütün öhdəlikləri qəbul etmişdir. X9 ilə "xxxx" QSC arasında bağlanmış 27.07.2020-ci il tarixli, 006G**********01SA nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, 29.10.2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti 15 ay təşkil edir. 27.07.2020-ci il tarixli, 006G**********01SA nömrəli sazişdən görünür ki, X8 vəfat etdiyindən onu varisi Cavabdeh1 bütün öhdəlikləri qəbul etmiş, zamin X9 isə onunla birgə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. 24.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X8 iddiaçı "xxxx" QSC-in xəzinədarlığından 6000 manat pulu qəbul etmişdir. 29.10.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X8 iddiaçı "xxxx" QSCin xəzinədarlığından 3000 manat pulu qəbul etmişdir. 02.07.2021-ci il tarixli, 158/4 nömrəli maliyyə arayışından görünür ki, X3 24.12.2019cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 5502,27 manat məbləğində əsas, 442,55 manat faiz və 1320,54 manat cərimə olmaqla cəmi 7265,36 (yeddi min iki yüz altmış beş manat 36 qəpik) manat məbləğində borcu qalmışdır. 02.07.2021-ci il tarixli, 15839 nömrəli maliyyə arayışından görünür ki, X3 29.10.2019-cu il tarixli, 006A********** nömrəli nömrəli kredit müqaviləsi üzrə 1858,69 manat məbləğində əsas 172,85 manat faiz və 449,8 manat cərimə olmaqla cəmi 2481,34 (iki min dörd yüz səksən bir manat 34 qəpik) manat məbləğində borcu qalmışdır. Xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və X2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 29.10.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan 449,8 manat cərimə məbləği azaldılaraq 49,80 manat həddində, 24.12.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan 1320,54 manat cərimə məbləği azaldılaraq 20,54 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 24.12.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 5502,27 manat məbləğində əsas, 442,55 manat faiz və 20,54 manat cərimə olmaqla olmaqla, cəmi 5965,36 (beş min doqquz yüz altmış beş manat 36 qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada, 29.10.2019-cu il tarixli, 006A********** nömrəli nömrəli kredit müqaviləsi üzrə 1858,69 manat məbləğində əsas, 172,85 manat faiz, 49,80 manat cərimə olmaqla cəmi 2081,34 (iki min səksən bir manat 34 qəpik) manat kredit borcu cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. 24.12.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 5502,27 manat məbləğində əsas, 442,55 manat faiz və 20,54 manat cərimə olmaqla olmaqla, cəmi 5965,36 (beş min doqquz yüz altmış beş manat 36 qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada, 29.10.2019-cu il tarixli, 006A********** nömrəli nömrəli kredit müqaviləsi üzrə 1858,69 manat məbləğində əsas, 172,85 manat faiz, 49,80 manat cərimə olmaqla, cəmi 2081,34 (iki min səksən bir manat 34 qəpik) manat kredit borcu cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada alınaraq "xxxx" QSC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar