Məhkəmə qərarları › İş №2(043)-2782/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2782/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2782/2021 18.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.12.2019-cu il tarixli müqaviləyə əsasən LG Led markalı televizor üçün 270 manat ödənilməmiş məbləğ 81 manat cərimə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı ətçəkən üçün 152 manat ödənilməmiş məbləğ 45 manat cərimə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 947,6 manat ödənilməmiş məbləğ 241,4 manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1372,6 manat ödənilməmiş məbləğ 432,4 manat cərimə, 28.04.2020-ci il tarixli müqaviləyə əsasən Huawei Y7 markalı telefon üçün 263,6 manat ödənilməmiş məbləğ 78,4 manat cərimə, 17.06.2020ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 982 manat ödənilməmiş məbləğ 297 manat cərimə olmaqla cəmi 5163 (beş min bir yüz altmış üç) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, tərəflər arasındakı bağlanmış 13.12.2019-cu il, 21.02.2020-ci il, 21.02.2020-ci il, 14.03.2020-ci il, 28.04.2020 -ci il və 17.06.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan LG Led markalı televizor, Hoffmann markalı ətçəkən, Samsung markalı paltaryuyan, Samsung markalı soyuducu, Huawei Y7 markalı telefon, Samsung Led markalı televizor almış və nəticədə 5163 (beş min yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 650 manat olan LG Led markalı televizor üçün 270 manat ödənilməmiş məbləğ 81 manat cərimə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 228 manat olan Hoffmann markalı ətçəkən üçün 152 manat ödənilməmiş məbləğ 45 manat cərimə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1218,6 manat olan Samsung markalı paltaryuyan üçün 947,6 manat ödənilməmiş məbləğ 241,4 manat cərimə, 14.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1581,6 manat olan Samsung markalı soyuducu üçün 1372,6 manat ödənilməmiş məbləğ 432,4 manat cərimə, 28.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 379,6 manat olan Huawei Y7 markalı telefon üçün 263,6 manat ödənilməmiş məbləğ 78,4 manat cərimə, 17.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1080 manat olan Samsung Led markalı televizor üçün 982 manat ödənilməmiş məbləğ 297 manat cərimə olmaqla, cəmi 5163 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1150 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 13.12.2019-cu il tarixli,01123061 nömrəli müqavilə və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə 54 manat ödəmək şərti ilə LG Led markalı televizor, 21.02.2020-ci il tarixli,20118027 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə 19 manat ödəmək şərti ilə Hoffmann markalı ətçəkən, 21.02.2020-ci il tarixli,20118032 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMCdən 18 ay müddətinə 67,7 manat ödəmək şərti ilə Samsung markalı paltaryuyan, 14.03.2020-ci il tarixli, 20174190 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə 131,8 manat ödəmək şərti ilə Samsung markalı soyuducu, 28.04.2020-ci il tarixli,20246121 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMCdən 12 ay müddətinə 29,3 manat ödəmək şərti ilə Huawei Y7 markalı telefon,17.06.2020-ci il tarixli,20355753 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə 90 manat ödəmək şərti ilə Samsung Led markalı televizor almışdır. 02.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 13.12.2019-cu il tarixli,01123061 nömrəli müqavilə üzrə 270 manat ödənilməmiş məbləğ 81 manat cərimə, 21.02.2020-ci il tarixli,20118027 nömrəli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ 45 manat cərimə, 21.02.2020-ci il tarixli, 20118032 nömrəli müqavilə üzrə 947,6 manat ödənilməmiş məbləğ 241,4 manat cərimə, 14.03.2020-ci il tarixli, 20174190 nömrəli müqavilə üzrə 1327,5 manat ödənilməmiş məbləğ 432,4 manat cərimə, 28.04.2020-ci il tarixli, 20246121 nömrəli müqavilə üzrə 263,6 manat ödənilməmiş məbləğ 78,4 manat cərimə,17.06.2020-ci il tarixli, 20355753 nömrəli müqavilə üzrə 982 manat ödənilməmiş məbləğ 297 manat cərimə olmaqla ümumilikdə 5163 (beş min bir yüz altmış üç) manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 06.03.2021-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 21.02.2020-ci il tarixli,20118032 nömrəli müqavilə üzrə tutulmalı olan 241,4 manat cərimə məbləği azaldılaraq 41 manat; 14.03.2020-ci il tarixli, 20174190 nömrəli müqavilə üzrə tutulmalı olan 432,4 manat cərimə məbləği azaldılaraq 32 manat; 28.04.2020-ci il tarixli,20246121 nömrəli müqavilə üzrə tutulmalı olan 78,4 manat cərimə məbləği azaldılaraq 8,4 manat, 17.06.2020-ci il tarixli, 20355753 nömrəli müqavilə üzrə tutulmalı olan 297 manat cərimə məbləği azaldılaraq 97 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 13.12.2019-cu il tarixli,01123061 nömrəli müqavilə üzrə 270 manat ödənilməmiş məbləğ 81 manat cərimə, 21.02.2020-ci il tarixli,20118027 nömrəli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ 45 manat cərimə, 21.02.2020-ci il tarixli,20118032 nömrəli müqavilə üzrə 947,6 manat ödənilməmiş məbləğ 41 manat cərimə, 14.03.2020-ci il tarixli, 20174190 nömrəli müqavilə üzrə 1372,6 manat ödənilməmiş məbləğ 32 manat cərimə, 28.04.2020-ci il tarixli,20246121 nömrəli nömrəli müqavilə üzrə 263,6 manat ödənilməmiş məbləğ 8,4 manat cərimə, 17.06.2020-ci il tarixli, 20355753 nömrəli müqavilə üzrə 982 manat ödənilməmiş məbləğ 97 manat cərimə olmaqla ümumilikdə 4292,2 (dörd min iki yüz doxsan iki manat 20 qəpik) manat cavabdehdən alınaraq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119 .1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.12.2019-cu il tarixli,01123061 nömrəli müqavilə üzrə 270 manat ödənilməmiş məbləğ 81 manat cərimə, 21.02.2020-ci il tarixli,20118027 nömrəli müqavilə üzrə 152 manat ödənilməmiş məbləğ 45 manat cərimə, 21.02.2020-ci il tarixli,20118032 nömrəli müqavilə üzrə 947,6 manat ödənilməmiş məbləğ 41 manat cərimə, 14.03.2020-ci il tarixli, 20174190 nömrəli müqavilə üzrə 1372,6 manat ödənilməmiş məbləğ 32 manat cərimə, 28.04.2020-ci il tarixli, 20246121 nömrəli nömrəli müqavilə üzrə 263,6 manat ödənilməmiş məbləğ 8,4 manat cərimə, 17.06.2020-ci il tarixli,20355753 nömrəli müqavilə üzrə 982 manat ödənilməmiş məbləğ 97 manat cərimə olmaqla ümumilikdə, 4292,2 (dörd min yüz doxsan iki manat 20 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq "xxxx" MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar