Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2791/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 3040 manat və Cavabdeh2 24763 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan iki tələb birləşdirildiyi üçün ərizə geri qaytarılmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəlcə cavabdehlərdən Cavabdeh1 nisyə qaydada kənd təsərrüfatı məhsullarını nisyə qaydada satmış, daha sonra onun vasitəsilə Cavabdeh2 tanımış və onun xahişi ilə Cavabdeh2 də nisyə qaydada kənd təsərrüfatı məhsulları satmışdır. Hazırda cavabdehlərdən Cavabdeh1 nisyə qaydada aldığı məhsula görə 3040 manat, Cavabdeh2 isə 24763 manat ona borcları vardır. Göründüyü kimi hazırkı iddia cavabdehlərdən vahid öhdəlik üzrə borclu olduqları pulun müştərək qaydada tutulması ilə bağlı yox, hər bir cavabdehin iddiaçı qarşısında olan müstəqil öhdəliyinin icrası ilə bağlı iki ayrı tələbdən ibarətdir. Cavabdehləri birləşdirən yeganə məqam onlardan birinin iddiaçı ilə digərinin vasitəsilə tanış olmasıdır. Bu isə həmin tələblərin bir icraatda baxılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2791/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2791/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver