Məhkəmə qərarları › İş №2(043)-282/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-282/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-282/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin may ayının əvvəllərində ona məxsus cehiz əşyalarını satmaq qərarına gəlmişdir. Ona görə ətrafında olan şəxslərdən ona cehiz əşyalarının satılmasında köməklik göstərliməsini xahiş etmişdir. Belə ki, tanışı Naibə adlı şəxs onun ərtafında bu cür malların alınıb-satılması ilə məşğul olan şəxslərin olduğunu və ona cehiz əşyalarının tez bir zamanda satılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Naibə xanım Sevinc adlı şəxslə onu tanış etmiş, ona bildirmişdir ki, Sevinc adlı şəxsə müraciət et və həmin əşyalarının tez satılmasında arxeyin ola biləcəyini bildirmişdir. O, Sevinc adlı şəxsə zəng edərək, ona məxsus olan “01 ədəd Marojniça markalı” dəyəri 350 manat olan 06 ədəd bokal, “Baqema marakalı” dəyəri 900 manat olan 06 dəst bakallar, “Baqema marakalı” dəyəri 550 manat olan “Çay servisi (çaydan, şəkər qabı və 12 ədəd stəkan – nəlbəki)”, , “Baqema marakalı” dəyəri 450 manat olan “01 ədəd böyük və 03 ədəd kiçik konfet qabı”, “Biryusa markalı” dəyəri 1300 manat olan bir ədəd soyuducu, “Konti markalı” dəyəri 400 manat 1 ədəd tozsoran, “Baqema markalı” Şampan servizi (01 ədəd şampan qabı və 06 ədəd bakallar) dəyəri 300 manat olan” dəstin ümumi dəyəri 4200 manat olan əşyaların satılmasında ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra 2020-ci il may ayının sonlarına yaxın hal-hazırda cavabdeh olan şəxs Cavabdeh ona zəng edərək Sevinc xanımdan əşyalarını satması barədə ona məlumat verildiyini bildirmiş və onun üçün də ondan satmaq istədiyi cehiz əşyalarının şəkillərini “Whatsapp” sosial şəbəkə vasitəsi ilə cavabdehə məxsus (055) ***-**-** nömrəyə göndərilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı ona məxsus olan olan “01 ədəd Marojniça markalı” dəyəri 350 manat olan 06 ədəd bokal, “Bagema marakalı” dəyəri 900 manat olan 06 dəst bokallar, “Baqema marakalı” dəyəri 550 manat olan “Çay servisi (çaydan, şəkər qabı və 12 ədəd stəkan – nəlbəki)”, “Bagema markalı” dəyəri 450 manat olan “01 ədəd böyük və 03 ədəd kiçik konfet qabı”, “Biryusa markalı” dəyəri 1300 manat olan bir ədəd soyuducu, “Konti markalı” dəyəri 400 manat 1 ədəd tozsoran, “Baqema marakalı” Şampan sevisi (01 ədəd şampan qabı və 06 ədəd bokallar) dəyəri 300 manat olan” dəstin ümumi dəyəri 4200 manat qiymətləndirdiyim cehiz əşyalarının foto şəkillərini “Whatsapp” sosial şəbəkə vasitəsi ilə cavabdehə məxsus olan (055) ***-**-** nömrəyə göndərmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi cehiz əşyalarını bəyəndiyini və onunla qiymətdə razılaşmaq üçün cehiz əşyalarının yerləşdiyi evə gəlmək istədiyini, yerində qiymətdə razılaşaraq iddiaçıya məxsus olan əşyaları götürəcəyini bildirmişdir. Daha sonra Cavabdeh və əri İlqar Bayramov adlı şəxslə birlikdə əşyaların yerləşdiyi ünvan 1 ünvanına gəlmiş, həmin əşyalara baxış keçirmişlər və əşyaların səliqəli olduğunu, götürmək istədikləri üçün qiymədə razılaşmağı dəfələrlə xahiş etmişlər. Cavabdeh həmin əşyaları götürmək niyyətində olduğunu lakin, həmin zaman pulunun olmadığı üçün əşyaların alınmasında ona nisyə alğı-satqı vasitəsi ilə köməklik göstərməyimi xahiş etmişdir. Bundan sonra cavabdeh ilə aralarında olan söhbət əsasında, belə razılaşmışlar ki, Cavabdeh 2020-ci ilin may ayının sonundan etibarən 6 ay (altı ay) müddətinə həmin cehiz əşyalarına görə 4200 manat pulun mənə verilməsini öz öhdəsinə götürmüşdür. Həmin əşyaların ümumi dəyərinin yarısı olan 2100 (iki min yüz) manatını müəyyən edilmiş vaxt ərzində qaytarmış, lakin qalan 2100 (iki min yüz) manat pulu qaytarmamışdır. O, cavabdehə dəfələrlə zəng edərək və “Whatsapp” sosial şəbəkə vasitəsi ilə qalan borcun qaytarılmasını barədə yazılı və şifahi xəbardarlıqlar etməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəyəcəyi barədə müxtəlif bəhanələr gətirərək bu günə qədər nağd şəkildə ona 2100 (iki min yüz) manat borcu qaytarmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini və Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilmiş lakin Cavabdeh heç bir üzrlü səbəb göstərmədən sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 2020-ci ilin may ayının əvvəllərində rəfiqəsi Nuranə özünə məxsus cehiz əşyalarını satmaq qərarına gəlmişdir. Ona görə ətrafında olan şəxslərdən ona cehiz əşyalarının satılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Belə ki, tanışı Naibə adlı şəxs onun ərtafında bu cür malların alınıb-satılması ilə məşğul olan şəxslərin olduğunu və ona cehiz əşyalarının tez bir zamanda satılmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Naibə adlı rəfiqəsi ilə iddiaçını tanış etmiş, ona müraciət etməsini və həmin əşyalarının tez satılmasında arxeyin ola biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh 2020-ci ilin may ayının sonundan etibarən 6 ay müddətinə həmin cehiz əşyalarına görə 4200 manat pulun İddiaçı verilməsini öz öhdəsinə götürmüşdür. Həmin əşyaların ümumi dəyərinin yarısı olan 2100 (iki min yüz) manatını müəyyən edilmiş vaxt ərzində qaytarmış, lakin qalan 2100 (iki min yüz) manat pulu qaytarmamışdır. Cavabdeh həmçinin ona da 1250 manat məbləğində borclu olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, “2020-ci ilin may ayının əvvəllərində iddiaçı ona məxsus cehiz əşyalarını satmaq qərarına gəlmişdir. Ona görə ətrafında olan şəxslərdən ona cehiz əşyalarının satılmasında köməklik göstərliməsini xahiş etmişdir. Bundan sonra Naibə xanımla İddiaçı tanış olmuş, ona müraciət etməsini və həmin əşyalarının tez satılmasında arxeyin ola biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh 2020-ci ilin may ayının sonundan etibarən 6 ay müddətinə həmin cehiz əşyalarına görə 4200 manat pulun İddiaçı verilməsini öz öhdəsinə götürmüşdür. Həmin əşyaların ümumi dəyərinin yarısı olan 2100 (iki min yüz) manatını müəyyən edilmiş vaxt ərzində qaytarmış, lakin qalan 2100 (iki min yüz) manat pulu qaytarmamışdır. Cavabdeh ona da 4500 manat məbləğində borclu olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı şikayət ərizəsi əsasında qəbul edilmiş 17 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı X3, icraatımda olan HK-1/2837 nömrəli materiallın surətindən görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Cavabdeh atası X2 material üzrə araşdırma zamanı izahatı alınmış və sonuncu izahatda göstərmişdir ki, “o, yuxarıda göstərilən ünvanda qızı Vüsalə və ailəsi ilə birlikdə yaşayır. Münasibətləri normaldır. İddiaçı adlı qızı əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Qızı Vüsalə, İddiaçı adlı şəxsdən cehizlik əşyalarını almış, hissə-hissə də pulunu ödəmişdir. Əvvəllər bir neçə şəxs qızından pulunu almaq üçün onların ünvanına gəlsələr də, son 1 ayda demək olar ki, heç kəs gəlib pul istəmimişdir. İddiaçı adlı şəxsin onun barəsində dedikləri tamamilə yalandır. Nuranə, onların ünvanına gəlməmiş və o da Nuranəni öldürməklə hədələməmişdir. Ümumiyyətlə o, həmin şəxsi görməmiş və adım da Sonradan öyrənmişdir. Qızı Vüsalə isə hal-hazırda Bakı şəhərində xəstəxanada müalicə alır.” İş materiallarına əlavə edilmiş “CD-Disk”-də qeyd olunan audio səs yazılarından müəyyən edilmişdir ki, İddiaçı öz səsini yazaraq Cavabdeh göndərmiş, həmin səs yazılarında Vəliyeva X1 Nuranə Elman qızına nisyə verilmiş malların pulunu verəcəyini söz vermiş, hazırda maddi imkanı yaxşı olmadığından aralarında olan şifahi razılığa uyğun ödəniş edə bilməyəcəyini, həmin qalıq məbləği verəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon İdarəsinə verdiyi izahatdan görünür ki, o, İddiaçı satmaq üçün cehizlik qab-qacaq götürmüş, aylıq nisyə olaraq malın yarısının pulunu vermiş, yarısı isə verməsi üçün vaxt istəmişdir. Lakin İddiaçı gözləyə bilmədiyi üçün ona bir neçə dəfə müraciət etmişdir. O qalan pul məbləğinin 500 manatını ayın axırınadək, qalan məbləğin isə aylıqlara bölünməsi istəmiş və verəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh cehizlik əşyaların alğı-satqısı zamanı tanış olmuşdur. İddiaçı cavabdehə 4200 manat məbləğində cehizlik əşyaları nisyə qaydada satmışdır. Belə ki, Cavabdeh 2020-ci ilin may ayında 6 ay müddətinə həmin cehiz əşyalarına görə 4200 manat pulun İddiaçı verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin əşyaların ümumi dəyərinin yarısı olan 2100 (iki min yüz) manatını müəyyən edilmiş vaxt ərzində qaytarmış, lakin qalan 2100 (iki min yüz) manat pulu qaytarmamışdır. Bununla iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin «Ədalətli məhkəmə araşdırması hüququ» 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 2100 manat pul verməsinin sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehlərə ödəmiş, lakin cavabdeh tərəf nisyə qaydada aldığı əşyaların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə, iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 41 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 41 (qırx bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar