Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2822/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qarayeva (Ələkbərova) Mənsurə Nəsrəddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdeh Qarayeva (Ələkbərova) Mənsurə Nəsrəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 420 manat pulun və ödənilmiş 20,40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilərkən müəyyən olundu ki, cavabdeh X1 rayonu, İ.Qayıbov küçəsi, ev 30A, mənzil 32 ünvanda qeydiyyatdadır və iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul olunduğundan mülki işərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında İddiaçı işin aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1.-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti iləəlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.2, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Qarayeva (Ələkbərova) Mənsurə Nəsrəddin qızına qarşı pul tələbinə dair 2(043)-2822/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X5 Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-2822/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2822/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver