Məhkəmə qərarları › İş №2(043)-2823/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2823/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2823/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1740,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.12.2018-ci il, 19.06.2019-cu il, 25.07.2019-cu il, 26.02.2020-ci il və 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Mi TV Box EU, HOFFMANN SİAC markalı kondisioner, HOFFMANN SİAC markalı kondisioner, Philips markalı üzqırxan, Gorenje markalı tozsoran, İMEİ kodu **********98237 X1 8 markalı telefon almış və nəticədə 1740.4 (min yeddi yüz qırx manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 28.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) Mi TV Box EU üçün ümumilikdə, 72 (yetmiş iki) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 19.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1204 (min iki yüz dörd) manat (24 ay x 50 manat + 4 manat ilkin ödəniş) HOFFMANN SİAC markalı kondisioner üçün ümumilikdə, 800 (səkkiz yüz) manat olmaqla ondan, 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SİAC markalı kondisioner üçün ümumilikdə, 188 (yüz səksən səkkiz) manat olmaqla ondan, 188 (yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 259.2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat (12 ay x 21.6 manat + 0 manat ilkin ödəniş) Philips markalı üzqırxan, Gorenje markalı tozsoran üçün ümumilikdə, 259.2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat olmaqla ondan, 259.2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 587.2 (beş yüz səksən yeddi manat, iyirmi qəpik) manat (18 ay x 32.4 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********98237 X1 8 markalı telefon üçün ümumilikdə, 421.2 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat olmaqla ondan, 421.2 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1516 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onlarının iştirakı olmadan baxılmasını və iddia üzrə müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.12.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 324 manat olan “Mİ TV Box EU”-nu nisyə qaydada almış, ayda 18 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 19.06.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1204 manat olan “Hoffman Siac” markalı kondisioneri ilkin 4 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 50 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 882 manat olan “Hoffman Siac” markalı kondisioneri nisyə qaydada almış, ayda 49 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 259,2 manat olan “Philips” markalı üzqırxanı, “Gorenje” markalı tozsoranı nisyə qaydada almış, ayda 21,6 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 587,2 manat olan İMEİ kodu **********98237 olan “X1 8” markalı telefonu ilkin ödəniş 4 manat ödəmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 32,4 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.12.2018ci il tarixli müqavilə üzrə əsas məbləğdən 252 manat ödəmiş, 72 manat borcu qalmışdır. 19.06.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 404 manat ödəmiş, 800 manat borcu qalmışdır. 25.07.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 694 manat ödəmiş, 188 manat borcu qalmışdır. 26.02.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən ödəniş edilməmiş, 259,2 manat borcu qalmışdır. 17.03.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 166 manat ödəmiş, 421,2 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Cavabdeh öz öhdəliklərini icra etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 28.12.2018-ci il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 19.06.2019-cu il tarixli müqavilə üzrə 800 manat ödənilməmiş hissə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 188 manat ödənilməmiş hissə, 26.02.2020-ci il tarixli müqavilə üzrə 259,2 manat ödənilməmiş hissə, 17.03.2020-ci il tarixli müqavilə üzrə 421,2 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1740,4 (bir min yeddi yüz qırx tam onda dörd) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar