Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2856/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnaməüzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətiiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3198,99 (üç min bir yüz doxsan səkkiz manat 99 qəpik) manat əsas borc, 166,04 (bir yüz altmış altı manat 04 qəpik) manat faiz borcu və 18,13 (on səkkiz manat 13 qəpik) manat cərimə olmaqla cəmi 3383,16 (üç min üç yüz səksən üç manat 16 qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinəəsasən «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini tam icra etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürdüyüöhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, 10-Y-2-0-565-19 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxx» İKB ASCdən illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3198,99 (üç min bir yüz doxsan səkkiz manat 99 qəpik) manat əsas borc, 166,04 (bir yüz altmış altı manat 04 qəpik) manat faiz borcu və 18,13 (on səkkiz manat 13 qəpik) manat cərimə borcu olmaqla cəmi 3383,16 (üç min üç yüz səksən üç manat 16 qəpik) manat borcu qalmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Başİdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş sıxarışdan görünür ki, əvvəlki «xxxxxx» İKB ASC-in adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti kimi qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh «xxxxxx» İKB ASC indiki İddiaçı-ın xəzinədarlığından cəmi 4000 (dörd min) manat kredit götürmüşdür. Məhkəməiclasındamüəyyənedildiki,xx.xx.2020-ci il tarixdə «xxxxxx» İKB ASC (hazırki adı (İddiaçı» ASC) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 10-Y-2-0-565-19 nömrəli kredit müqaviləsi bağlanaraq, Cavabdeh illikfaizdərəcəsi22faizolmaqla36aymüddətinə4000 (dörd min) manat məbləğində kredit verilmişdir.Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh müqaviləüzrəüzərinə götürdüyüöhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı cavabdehə 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 4000 manat məbləğində kredit verməkləüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 10-Y-2-0-565-19 nömrəli kredit müqaviləsi üzrəöhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 3198,99 (üç min bir yüz doxsan səkkiz manat 99 qəpik) manat əsas borc, 166,04 (bir yüz altmış altı manat 04 qəpik) manat faiz borcu və 18,13 (on səkkiz manat 13 qəpik) manat cərimə olmaqla, cəmi 3383,16 (üç min üç yüz səksən üç manat 16 qəpik) manat kredit borcu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən işüzrəödənilmiş 30,0 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 10-Y-2-0-565-19 nömrəli kredit müqaviləsi üzrə 3198,99 (üç min bir yüz doxsan səkkiz manat 99 qəpik) manat əsas borc, 166,04 (bir yüz altmış altı manat 04 qəpik) manat faiz borcu və 18,13 (on səkkiz manat 13 qəpik) manat cərimə olmaqla, cəmi 3383,16 (üç min üç yüz səksən üç manat 16 qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2856/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2856/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver