Məhkəmə qərarları › İş №2(043)-2857/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2857/2021

02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2857/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyinə xitam verilməsi və ödənilmiş alimentin cavabdehdən tutularaq geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 avqust 2008-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin hər ay 300 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyinə xitam verilməsi və ödənilmiş alimentin cavabdehdən tutularaq geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, aliment öhdəliyinə X2 övladlığa götürüldüyü 12.10.2020-ci il tarixdən xitam verilməsi, həmin tarixdən sonra ödənilmiş alimentin cavadeh İddiaçı tutularaq Cavabdeh geri ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bundan başqa işə məhkəmədə baxılarkən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyinə xitam verilməsi və ödənilmiş alimentin cavabdehdən tutularaq geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyinə xitam verilməsi və ödənilmiş alimentin cavabdehdən tutularaq geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddası baxılmamış saxlanılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar