Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2858/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi Məhkəmə orqanları ilə iş Şöbəsinin müdiri İsa Hacıyev tərəfindən imzalanmışdır. İsa Hacıyevə iddia ərizəsini imzalamaq səlahiyyəti xx xxxxxx 2020-ci il tarixli, Problemli aktivlərin idarə edilməsi və hüquqi tənzimlənməsi Departamentinin direktoru Vüqar Kərimov tərəfindən imzalanmış etibarnamə ilə verilmişdir. Vüqar Kərimova bu səlahiyyəti verilməsini təsdiq edən sənəd kimi Bankın İdarə heyətinin sədri Nikoloz Şurqaia tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Həmin surət vəzifəsi və adı göstərilməmiş şəxs tərəfindən təkrarən imzalanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən etibarnamə lazımi qaydada təsdiq edilmiş hesab edilə bilməz. Sənədin surətinin əsli ilə düz olmasının müəyyən edilməsi üçün həmin surətin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi tələb olunur. Buna görə də iddia ərizəsinə xx xxxxxx 2019-cu il tarixli etibarnamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2858/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2858/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver