Məhkəmə qərarları › İş №2(043)-2861/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2861/2020

21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2861/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə tutulan 95 (doxsan beş) manat məbləğində təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilərək Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4519/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2014cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə 95 (doxsan beş) manat olmaqla, cəmi 285.0 (iki yüz səksən beş) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşaqların tələbatını ödəmədiyi üçün və uşaqlar günü-gündən böyüyərək onların tələbatı getdikcə atdığı üçün o, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh təyin olunmuş alimentdən başqa uşaqların saxlanmasında çəkilən xərclərdə iştirak etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, aylıq əmək haqqı 300 manat olmaqla başqa qazancı və gəliri yoxdur. Ona görə göstərilən məbləğdə aliment ödəməyə imkanı yoxdur.İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4519/2018 nömrəli qətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə 95 (doxsan beş) manat olmaqla, cəmi 285.0 (iki yüz səksən beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyirinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4519/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə 95 (yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyirinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment azyaşlı uşaqların saxlanmaları üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşaqların saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimetin məbləğinin artırılaraq hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh maddi imkanının olmamasını göstərərək təyin olunmuş alimentin artırılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «X6» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «X6» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4519/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh isə işsiz əmək haqqının aşağı olmasını, maddi imkanının olmamasını əsas gətirərək iddia tələbinə etiraz etmişdir. X7 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. X8 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4519/2018 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək Cavabdeh hər ay hər uşağa görə tutulan 95 (doxsan beş) manat məbləğində təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni güvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyirinə ödənilsin. İş üzrə 30 (otuz) manat dövət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar