Məhkəmə qərarları › İş №2(043)-2877/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2877/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2877/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sənədlərin geri qaytarılması, torpaq sahəsindən çıxarılma və pensiya kartından tutulmaların dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, “Farforist” X1” tərəfindən verilmiş çıxarışın surətini və ona əlavə olunmuş sənədləri, həmin birliyin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolu əsasında Gəc zavodu ərazisində yerləşən 400 m2 torpaq sahəsindən cavabdehin çıxarılmasını və eləcədə pensiya kartından tutulmaların dayandırlımasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X3 Rayon Məhkəməsinin sədri Vəli Abdullayev tərəfindən xx xxxxxx 2018 il tarixli, 2(043)-67/2018 saylı çıxarılmış qətnamədə qeyd edilmişdir ki, Cavabdeh “Farforist” X1” tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, həmin birliyin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolu əsasında Gəc zavodu ərazisində yerləşən 400 m2 torpaq sahəsi İddiaçı ayrılmışdır. xx xxxxxxx 2011-ci il tarixli, ƏN-İ seriyalı, 276743 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Gəncə şəhərində Gəc zavodu ərazisi yaxınlığında yerləşən 400 m2 torpaq sahəsinə dair sərəncam vermək hüququ da daxil olmaqla, bir sıra hüquqları Cavabdeh etibar etmişdir. Qətnamə üzrə qət edilmişdir ki, iddia qismən təmin edilsin, cavabdeh İddiaçı 3000 ABŞ dolları pulun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentinə əvəzi alınaraq Cavabdeh qızma ödənilsin. Həmin qətnamə 2018-ci ildən qüvvəsini almış və ona məxsus hesab kartından pul tutulur. Lakin Cavabdeh isə ona məxsus mübahisəli torpaq sahəsinə aid sənədləri qaytarmır və torpaqdan çıxmır. Dəfələrlə, bu haqsızlıqlar barədə cavabdehə iradını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, hal-hazırda torpağa dair sənədlər iddiaçıdadır. Dəfələrlə torpağa dair sənədlərini iddiaçıdan geri qaytarılmasını tələb etsə də, o sənədləri geri qaytarmamışdır. Ona məxsus torpaq sahəsi Gəc zavodunun ərazində yerləşsə də, həmin torpaq sahəsinin dəqiq yeri və cavabdehin orada yaşayıb-yaşamaması ona məlum deyil. Sənədləri geri alarsa torpaq sahəsinin yerini müəyyən edə bilər. Buna görə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, hüquq münasibətlərinə uyğun normaları tətbiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 3000 (üç min) ABŞ dolları pulun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentində əvəzi alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədə müəyyən olunmuşdur ki, “Farforist” bağçılıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarış əsasında həmin birliyin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolu əsasında Gəc zavodunda ərazisində yerləşən 400 m2 torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı həmin torpağı 3000 ABŞ dollarına Cavabdeh satmış, Cavabdeh torpaqla bağlı etibarnamə vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Farforist” bağçalıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarış və onun əsasında verilmiş xx.xx.1988-ci il tarixli, 02 saylı protokola əsasən Gəc zavodu ərazində yerləşən sahəsi 400 m2 torpaq sahəsi iddiaçıya verilmişdir. Torpaq sahəsi iddiaçı tərəfindən isə etibarnamə əsasında cavabdehin idarəçiliyinə verilmişdir. Bu zaman iddiaçı torpaq sahəsinin ona ayrılması ilə bağlı sənədləri cavabdehə vermiş, sonradan cavabdeh iddia irəli sürərək verdiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh həmin torpaq sahəsinə aid sənədləri iddiaçıya geri qaytarmamışdır. İddiaçı məhkəmədə iddia qaldırmaqla, torpaq sahəsinə dair sənədlərin qaytarılması, iddiaçının həmin torpaq sahəsindən çıxarılmasını, eləcədə onun pensiya kartından xx xxxxxx 2018-ci il tarixli məhkəmə qətnamə üzrə tutulan məbləğin dayadırlması niyyətindədir. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair sənədlərin geri qaytarılması hissəsində qeyd edir ki, iddiaçının əmlak hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci və 135.2-ci maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sənədlər fiziki obyekt olduğundan və əşya hesab edildiyindən əmlakdır. Bu baxımdan cavabdehin torpaq sahəsi üçün ödədiyi pulu geri aldıqdan sonra iddiaçıya məxsus sənədləri öz sahibliyində saxlaması üçün heç bir qanuni əsas yoxdur. Buna görə də iddia tələbi “Farforist” bağçalıq-yoldaşlıq birliyi tərəfindən verilmiş çıxarış və onun əsasında verilmiş xx.xx.1988-ci il tarixli, 02 saylı protokola əsasən Gəc zavodu ərazində yerləşən sahəsi 400 m2 torpaq sahəsinə aid sənədlərin geri qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli torpaq sahəsinin dəqiq koordinatları, hal-hazırda cavabdehin sahiblik və istifadəsində olmasını, bununla da iddiaçının hüquqlarının pozmasını əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə iddiaçı özü də torpaq sahəsinin dəqiq yerini bilmədiyini, sənədləri əldə etdikdən sonra torpaq sahəsinin yerini müəyyən edəcəyini bildirmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsində İddiaçı izahatında cavabdehə satdığı torpaq sahəsində orta məktəbin inşa edildiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə həmin tələbi əsassız hesab edir. Cavabdehin onun pensiya kartından aparılan tutulmaların dayandırılması tələbi ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə baxışında həmin tutulmaların Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası məqsədilə aparıldığı müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılan tutulmaların dayandırılması üçün iddiaçı heç bir dəlil gətirə bilməmişdir. Məhkəmə ona görə bu tələbi də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. “Farforist” bağçılıq-yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolu əsasında Gəc zavodunda ərazisində yerləşən 400 m2 torpaq sahəsinin İddiaçı ayrılmasına dair sənədlər Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar