Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2883/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia qaldıraraq, “xxxxxxxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1162,82 manat əsas borc, 114,61 manat faiz borcu və 205,88 manat cərimə məbləği olmaqla, cəmi 1483,31 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 % olmaqla kredit müqaviləsinin 1 saylı əlavəsində müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilənin şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış, xx.xx.2020-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 borcundan 337,18 manat ödəniş etmiş, 1162,82 manat kredit borcu qalmışdır. xx.xx.2020-ci il tarixə faiz borcu 114,61 manat təşkil edir. xx.xx.2020-ci il tarixə kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən 180 gün üçün cərimə məbləği 205,88 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, maddi imkansızlıq üzündən borcunu ödəyə bilməmişdir. Əsas və faiz borcunu hissə-hissə ödəyə bilər. Maddi vəziyyətini nəzərə alaraq cərimə məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planına uyğun olaraq hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.3-cü bəndində borclunun ödəniş planı üzrə kreditin və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi həcmində cərimə ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş köçürmə qəbzindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə 1500 manat pulu bankın kassasından almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1162,82 manat əsas borc, 114,61 manat faiz borcu və 205,88 manatdəbbə pulu olmaqla, cəmi 1483,31 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh2 borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 006G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləğini, iddiaçının peşəkar qaydada kredit verilməsi ilə məşğul olan bank, cavabdehlərin isə istehlak məqsədləri üçün kredit almış fiziki şəxs olmasını və iddiaçının əmlak mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 20 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, kredit müqaviləsi xx xxxxxxxx 2019-cu il tarixdə 12 ay müddətinə bağlandığından hazırda həmin kredit müqaviləsinin vaxtı bitmişdir. Müqavilənin ləğvi müqaviləyə xitam verilməsinin bir formasıdır. Müqaviləyə həm də müqavilənin müddəti bitdikdə xitam verilir. Müqavilə artıq xitam olunduğundan onun ləğv edilməsi mümkün deyildir. Buna görə də məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1162,82 manat əsas borc, 114,61 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla, cəmi 1297,43 (bir min iki yüz doxsan yeddi tam, yüzdə qırx üç) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2883/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2883/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver