Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-289/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş təbii qazdan istifadə qaydasının pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsi və ünvan 1 nömrəli mənzildə qazdan istifadəyə görə hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. ünvan 2rəli mənzilin sayğacına baxış keçirib “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Yoxlama zamanı mənzilə quraşdırılmış smartkart tipli qaz sayğacı yararsız hesab edilmişdir. Ona məxsus evdə olan sayğacda göstərilmişdir ki, sayğac kart qəbul etmir, sayğacın hesablama mexanizmində rəqəmlər olan sağ hissəsi kənar təsir nəticəsində əridilib. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Ona görə dəymiş ziyanın hesablanması və tərəfindən X1 Qaz İstismar İdarəsinə dəymiş ziyan 432 manat təşkil edir. X4 İstismar İdarəsi tərəfindən sayğac sökülərkən qoyduqları plomb yerində olmuş, həmin sayğacın hesablama mexanizmində rəqəmlər olan sağ hissəsinin kənar təsir nəticəsində necə əridilib məlumatı yoxdur. Ona hesablanmış ziyanın heç bir hüquqi əsası yoxdur. Ona görə də barəsində tərtib edilmiş 23.10.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın əsassız olduğu üçün etibarsız hesab edilməsi və dəymiş ziyan kimi ondan tutulmalı olan qazın haqqı kimi 432 manat məbləğində borc məhkəmə qaydasında silinməlidir. Smartkart tipli qaz sayğacı yeni sayğac ilə əvəzləşdirilərək 08.09.2021-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqında akt tərtib edilmişdir. Həmin akt ilə əvvəlki smartkart tipli sayğacın xarab olması, kim təfərindən xarab olması barədə məlumat qyd edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək və iddianın məzmununa uyğun izahat verərək, ünvan 1 nömrəli mənzildə qazdan istifadəyə görə hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 İnventarlaşdırma bə MHQİ tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi 26.08.2004-cü il tarixli 4Ə- 4-700 nömrəli alqı-satqı müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış, reyestr kitabında 8732 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 08.09.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış ACTAKİS mexaniki tipli, G-4 markalı, 070AZ********** nömrəli qaz sayğacın elementi bitdiyi üçün yeni elektron (Zenner) tipli qaz sayğacı ilə əvəz edilmişdir. ACTAKİS mexaniki tipli, G-4 markalı, 070AZ********** nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.10.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində 23.10.2021-ci il tarixdə saat 11:30-da təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: Deformasiya nəticəsində giriş yeri birləşmə gövdədən qopub. Sayğacın gövdədən üst hissədən deformasiyaya uğrayıb. Sayğac mənfiyə işləyib, Sayğacın gövdəsi üst hissədən kənar təsir nəticəsində əyilib. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 432 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 08.09.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi elementinin bitdiyi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsut aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra 23.10.2021-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın gövdəsinin üst hissədən kənar təsir nəticəsində əyildiyi, sayğacın mənfiyə işlədiyi aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 4320 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, 070AZ********** nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 432 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, 070AZ********** nömrəli qaz sayğacı çıxarılarkən aktda onun sayğacın gövdədən üst hissədən deformasiyaya uğradığı və digər qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 432 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 08.09.2021-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 23.10.2021-ci il tarixli akt əsasında sayğacın sayğacın gövdədən üst hissədən kənar təsir nəticəsində deformasiyaya uğraması, mənfiyə işləməsi və digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzil üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 432 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-289/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-289/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver