Məhkəmə qərarları › İş №2(043)-2904/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2904/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2904/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı QSC-in cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2009-cu il tarixli, 006R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 955,37 ABŞ dolları (doqquz yüz əlli beş ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq xeyirlərinə tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı QSC-in nümayəndəsi X3 məhkəməyə ərizə verərək işə iştirakları olmadani baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 06L000002112 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması əsasında idiaçı tərəfindən cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 006R**********S saylı sazişlə, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5044,63 ABŞ dollar ödəmiş, onun 955,37 ABŞ dollar məbləöində kredit borcu qalmışdır.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X4, Cavabdeh3 oğlu, Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər müqavilədən gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə borcalan Cavabdeh1lə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2009-cu il tarixli, 06L000002112 nömrəli kredit xətti müqaviləsidən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehə 120 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşmasından və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 006R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında arayışdan görünür ki, xx.xx.2009-cu il tarixli, 06L000002112 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğində xx.xx.2016-cı il tarixdən aylıq 1,5833 faiz dərəcəsi faizlə hesablanmışdır. xx.xx.2009-cu il tarixli və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, X4, Cavabdeh3 oğlu, və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı QSCnin xəzinədarlığından 6000 ABŞ dollar pulu qəbul etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 955,37 ABŞ dolları (doqquz yüz əlli beş ABŞ dolları 37 sent ) məbləğində kredit borcu qalmışdır. xx.xx.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 24 ay müddətinə,kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit xətti və kredit razılaşması üzrə öhdəliyin icrasının təmini məqsədi ilə X4, Cavabdeh3 oğlu, və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanaraq zaminlər borcun qaytarılmasının təminatı kimi Cavabdeh1 ilə eyni hacmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə öhdəliyi tam icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit razılaşması bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1, zaminlər X1, Cavabdeh3 oğlundan və Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 955,37 (doqquz yüz əlli beş ABŞ dolları 37 sent ) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Verdı̇ yev Ruslan Ağamirzə oğlundan, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 955,37 (doqquz yüz əlli beş ABŞ dolları 37 sent) ABŞ dollrı ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar