Məhkəmə qərarları › İş №2(043)-2905/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2905/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2905/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı X8 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı X10 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi Hüquq departamentinin böyük hüquqşünası Samir Abbasov tərəfindən imzalanmışdır. İddia ərizəsinə xx.xx.2020-ci il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Həmin etibarnamə ilə X7 Cəmiyyəti məhkəmədə təmsil etmək üçün bir sıra səlahiyyətlər, o cümlədən iddia ərizəsinin imzalanması səlahiyyəti etibar edilmişdir. X2 MMHTŞ-nin böyük hüquqşünası X4 məhkəmələrə təqdim edilən etibarnamələrin və digər sənədlərin surətlərini öz imzası və “İddiaçı Açıq Səhmdar X5” sözləri həkk olunan möhürlə təsdiq edilməsi səlahiyyəti verilmişdir. Etibarnamənin məhkəməyə təqdim edilmiş surəti qeyd edilmiş qaydada X6 tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən etibarnamə lazımi qaydada təsdiq edilmiş hesab edilə bilməz. Sənədin surətinin əsli ilə düz olmasının müəyyən edilməsi üçün həmin surətin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi tələb olunur. İlk baxışdan etibarnamədə X1 surətinin əsli ilə düz olmasını təsdiq etmək səlahiyyətinin verilməsi görülsə də həmin etibarnamənin əsli ərizəyə əlavə olunmadığından, səlahiyyət isə bilavasitə surət olan etibarnamə ilə verildiyindən həmin etibarnamədəki səlahiyyət verən ifadələrin səlahiyyəti vermiş şəxsin iradəsini əks etdiribetdirməməsini müəyyən etmək mümkün deyildir. X3 özünə səlahiyyət verən etibarnamənin surətini təsdiq etməsi yalnız həmin etibarnamənin əsli iş materiallarında olduğu halda qəbul edilə bilərdi. Eyni zamanda məhkəmə qeyd edir ki, etibarnamənin hüquqi şəxsin öz möhürü ilə təsdiq edilməsi nəzərdə tutulduğundan etibarnamənin surəti təsdiq edilərkən hüquqi şəxsin möhürü hesab edilməyən və daxili istifadə üçün nəzərdə tutulmuş digər möhürlərdən istifadə edilməsi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Beləliklə, iddia ərizəsinin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X8 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar