Məhkəmə qərarları › İş №2(043)-2914/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2914/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2914/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki işin baxılmamış saxlanılması barədə ərizəyə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Afaq Rzayeva ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin tam ödəniş etdiyini, bu səbəbdən məhkəmə qaydasında işə baxılması zərurətinin aradan qalxdığını bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehlərin iddiaya hər hansı münasibət bildirməməsi cavabdehlərin işə mahiyyəti üzrə baxılmasında maraqlı olmadıqlarını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən q ə r a r a a l d ı m: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar