Məhkəmə qərarları › İş №2(043)-2929/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2929/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2929/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxxxxxxxxx»MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 109 manat; İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 40 manat; Delonghi markalı radiator, Remington markalı maşa üçün 156 (bir yüz əlli altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 172 manat; İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon üçün 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 196 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 547 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2017-ci il,xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon, İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon, Delonghi markalı radiator, Remington markalı maşa, İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon almış və nəticədə 517 (beş yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 695 (altı yüz doxsan beş) manat (20 ay x 33 manat +35 manat ilkin ödəniş) İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon üçün 109 (bir yüz doqquz) manat olmaqla ondan, 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon üçün 40 (qırx) manat olmaqla ondan, 36 (otuz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə ; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) Delonghi markalı radiator , Remington markalı maşa üçün 172 (bir yüz yetmiş iki) manat olmaqla ondan, 156 (bir yüz əlli altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon üçün 196 (bir yüz doxsan altı) manat olmaqla ondan, 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1540 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, “xxxxxxxxxxx» MMC alıcıya alqı-satqı qiyməti 695 (altı yüz doxsan beş) manat olan İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefonun, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat olan İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefonun, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat olan Delonghi markalı radiator, Remington markalı maşanın, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat olan İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefonundəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon üçün hər ay 33 manat, İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon üçün hər ay 33 manat, Delonghi markalı radiator, Remington markalı maşa üçün hər ay 20 manat və İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon üçün hər ay 30 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ciiltarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon üçün 20 ay müddətinə ödəmək şərti ilə dəyəri 695 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 99 manat borcunu ödəmədiyindən, həmin məbləğə 10 manat cərimə hesablanmış, xx.xx.2017-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 594 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 36 manat borcunu ödəmədiyindən, həmin məbləğə 4 manat cərimə hesablanmışdır, xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən Delonghi markalı radiator, Remington markalı maşa üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 360 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 156 manat borcunu ödəmədiyindən, həmin məbləğə 16 manat cərimə hesablanmışdır, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 360 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 178 manat borcunu ödəmədiyindən, həmin məbləğə 18 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ kodu **********20689 Samsung Galaxy J7 Neo markalı telefon üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 109 manat; İMEİ kodu **********68336 HOFFMANN X PRO markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 40 manat; Delonghi markalı radiator, Remington markalı maşa üçün 156 (bir yüz əlli altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 172 manat; İMEİ kodu **********79648 Xiaomi Redmi 6 A markalı telefon üçün 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 196 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 547 manat manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx» MMC-nin xeyrinə 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə olmaqla ümumilikdə 517 (beş yüz on yeddi) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar