Məhkəmə qərarları › İş №2(043)-2932/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2932/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2932/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu üçün 3040 (üç min qırx) manat pul vəsaitinin və 31 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o kənd təsərrüfatı məsullarının, əsasən çərəz məhsullarının topdan satışı ilə məşğul olurmuş. Əvvəllər tanıdığı Cavabdeh həmin məhsulların satışı ilə məşğul olduğundan ondan xahiş etmişdir ki, ona da satması üçün məhsullardan versin. O da buna etiraz etməyərək ona satması üçün məhsullardan vermişdir. Beləliklə, onlar daimi işləməyə başlamışlar. O cavabdehə nisyə məhsul verirmiş, cavabdeh də öz növbəsində satış edir və onun pulunu vaxtı-vaxtında qaytarmışdır. Sonucu dəfə o Cavabdeh 6523 (altı min beş yüz iyirmi üç) manatlıq məhsul vermiş, o, həmin məbləğdən bir müddət hissə-hissə ödəniş etmiş və 3040 (üç min qırx) manat qaldıqdan sonra, ödənişləri dayandırmışdır. O, Cavabdeh qalıq qalan pulunun qaytarması üçün dəfələrlə müraciət etsə də cavabdeh onun müraciətlərinə əhəmiyyət verməmişdir. Hər dəfə borcunu tez bir zamanda qaytaracağına söz versə də sözünə əməl etmir. O da həmin məhsulları nisyə alaraq cavabdehə vermişdir. Hazırda onun mal aldığı şəxslər onu məcbur edirlər ki, onların pulunu ödəsin. Daimi ona zəng edib pullarını tələb edirlər. Cavabdeh onun pulunu vermir ki, o da digər şəxslərin pulunu ödəsin. Buna görə də o mənəvi iztirablar keçirir. Hətta bu onun evində müəyyən problemlərə səbəb olur. O Cavabdeh ona borclu olduqları pul vəsaitini ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh ona borclu olduğu 3040 (üç min qırx) manat pul vəsaitinin və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o kənd təsərrüfatı məsullarının, əsasən çərəz məhsullarının topdan satışı ilə məşğul olur. Əvvəllər tanıdığı Cavabdeh həmin məhsulların satışı ilə məşğul olduğundan ondan xahiş etmişdir ki, ona da satması üçün məhsullardan versin. O da buna etiraz etməyərək ona satması üçün məhsullardan vermişdir. Beləliklə, onlar daimi işləməyə başlamışlar. O cavabdehə nisyə məhsul verirmiş, cavabdehdə öz növbəsində satış edir və onun pulunu vaxtı-vaxtında qaytarmışdır. Sonucu dəfə o Cavabdeh 6523 (altı min beş yüz iyirmi üç) manatlıq məhsul vermiş, o, həmin məbləğdən bir müddət hissə-hissə ödəniş etmiş və 3040 (üç min qırx) manat qaldıqdan sonra, ödənişləri dayandırmışdır. O, Cavabdeh qalıq qalan pulunun qaytarması üçün dəfələrlə müraciət etsə də cavabdeh onun müraciətlərinə əhəmiyyət verməmişdir. Hər dəfə borcunu tez bir zamanda qaytaracağına söz versə də sözünə əməl etmir. O da həmin məhsulları nisyə alaraq cavabdehə vermişdir. Hazırda onun mal aldığı şəxslər onu məcbur edirlər ki, onların pulunu ödəsin. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişr və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 05.03.2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçı aldığı mal üzrə köhnə borcla birlikdə 6523 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş video diskdən və fotoşkillərdən görünür ki, Cavabdeh İddiaçı olan borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh Cavabdeh İddiaçı 6523 manat dəyərində çərəz məhsullarını hissə-hissə ödəmək şərti ilə nisyə almış, Cavabdeh aldığı çərəz məhsullarının dəyərinə görə yığılmış puldan cəmi 3483 manatı İddiaçı vermiş, cavabdeh malın qalan borcundan 3040 manat pulu iddiaçı olan satıcıya qaytarılmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasından bəhs etmək mümkün deyildir və mübahisəyə mülki qanunvericiliyin şifahi nisyə alqı-satqı müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, aldığı malın dəyərinin bir qismini ödəyib, borcun çox hissəsini ödəməməklə, iddiaçı ilə aralarında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, iddia tələbi Cavabdeh münasibətdə təmin edilməli, nisyə alınmış əşyaların dəyəri olan 3040 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və bir manat bank xidməti xərcini ödəmişdir. Buna görə məhkəmə, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu və bank xidməti cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 91.3-cü maddəsinin tələbin görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3040 (üç min qırx) manat məbləğində borc pul və məhkəmə xərci qismində 31 (otuz bir) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar