Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2941/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı «törədilmiş cinayət işi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki Cavabdeh törətdiyi oğurluq cinayəti nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 14911 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 14.941 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Atatürk prospekti 70B nömrəli fərdi yaşayış evi onun şəxsi mülkiyyətindir. Həmin evi dövlət qeydiyyatından keçirərək 2019-cu ildə adına çıxarış da almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh 11 dekabr 2020-ci il tarixində ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu Atatürk prospekti 70B ünvanında olan mənzilə qanunsuz yolla daxil olaraq oğurluq etməklə, ona 14911 manat maddi ziyan vurmuşdur. Belə ki, təqsirləndirilən şəxs Cavabdeh həmin mənzildə ona məxsus 10.000 manat pulunu və dəyəri olan 4911 manat olan geyim və ev əşyalarını oğurlamışdır. Gəncə şəhəri, Kəpəz rayonu Atatürk prospekti 70B ünvanında olan mənzilindən oğurlanan əşyalar 1 ədəd 72 diaqanal plazma televizor – cəmi 570 manat, dəyəri 30 manat olan 10 dəst kişi kostyumu – cəmi 300 manat, dəyəri 20 manat olan 12 dəst qış kişi köynəkləri – cəmi 240 manat, dəyəri 25 manat olan 12 çantaları – cəmi 240 manat, dəyəri 1 manat olan 48 ədəd kişi corabları – cəmi 48 manat , dəyəri 2,5 manat olan 24 ədəd kişi maykaları – cəmi 60 manat, dəyəri 4 manat olan 18 ədəd kişi alt paltarı – cəmi 72 manat, dəyəri 35 manat olan 18 ədəd qadın alt paltarı – cəmi 630 manat, dəyəri 70 manat olan 20 ədəd kişi və qadın ətirləri – cəmi 1400 manat, dəyəri 7 manat 30 ədəd şampunlar – cəmi 210 manat, dəyəri 5 manat olan 50 ədəd sabunlar – cəmi 250 manat, dəyəri 30 manat olan 15 ədəd qadın köynəklər – cəmi 450 manat, dəyəri 35 manat olan 2 ədəd qaz balonları – 70 manat, dəyəri 35 manat olan 2 ədəd qazla işləyən qaz sobaları – cəmi 70 manat, dəyəri 8 manat olan 12 ədəd yorğan örtükləri – cəmi 96 manat, dəyəri 7 manat olan 10 ədəd döşək örtükləri – cəmi 70 manat, dəyəri 5 manat olan 15 ədəd yastıq örtükləri – cəmi 75 manat olmaqla cəmi 14911 manat. Göstərilənlərə əsasən mülki Cavabdeh tərəfindən mənə ümumilikdə 14911 manat məbləğində maddi ziyan vurulmuşdur. Buna görə də mülki Cavabdeh 14911 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 14941 manat məbləğinin alınaraq ona ödənilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanmış, İddiaçı məhkəmə prosesi barədə məlumatı olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin edilərək, məhkəmə iclasının onun iştirakı olmadan iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, 08.12.2020-ci il tarixdə axşam saat 17 radələrində oğurluq etmək məqsədilə öz evlərinin daş hasarından aşıb əvvəllər onların olan, lakin sonradan İddiaçı satdığı evin həyətinə daxil olmuşdur. Orada iki tikili olmuşdur. Tikililərdən biri yarımçıq olduğundan yaşayış olmamışdır. Digər 3 otaqlı ev demək olar ki, yararsız olmuşdur. O, evin giriş qapısına yaxınlaşıb qapını özünə tərəf dartıb açmış, evin içərisinə daxil olmuş və birinci otaqda axtarış aparmışdır. Orada heç bir şey tapa bilməmiş və orta otağa daxil olmuşdur. Orta otaqda təxminən 20 qutu sabun, 3 ədəd ətir, 6- 7 cüt corab, bir ədəd plazma televizoru olmuşdur. O, həmin əşyaları götürmüş, digər otağa keçib orada axtarış aparmış, lakin heç nə tapa bilməmişdir. Bundan sonra oğurladığı əşyaları sellofan torbaya doldurub hasardan evlərinin həyətinə atmış, daha sonra televizoru götürüb həyətə qayıtmış, oğurladığı əşyaları yaşadığı evə qoymuşdur. Daha sonra oğurladığı əşyalardan televizoru 40 manata Gəncə şəhərində dəmiryol vağzalı tərəfdə tanımadığı bir şəxsə satmış, qalan əşyaları isə satmaq istəsə də sata bilməmişdir. İddiaçı evindən oğurladığı 20 qutu sabun, 3 ədəd ətir və 6-7 cüt corab onun yaşadığı evdən aşkar edilib polis tərəfindən götürülmüşdür. O, Yazgül adlı qadının evindən ifadəsində qeyd etdiklərindən başqa bir əşya oğurlamamışdır. Oğurluq nəticəsindən vurduğu zərəri maddi imkanı olmadığından heç bir ödəniş etməmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının dəlillərini və cavabdehin izahatını və iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli, 1(043)-144/2021 saylı hökmündən görünür ki, 08.12.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Atatürk prospekti 70 ünvanında yerləşən İddiaçı məxsus evə qanunsuz daxil olub oradan 1 ədəd 570 manata dəyərində 72 diaqonal plazma televizoru, 300 manat dəyərində 10 dəst təzə kişi kostyumunu, 240 manat dəyərində 12 ədəd qış kişi köynəklərini, 300 manat dəyərində 12 ədəd təzə qadın çantalarını, 48 manat dəyərində 48 ədəd təzə kişi corablarını, 60 manat dəyərində 24 ədəd təzə kişi maykalarını, 72 manat dəyərində 18 ədəd təzə kişi alt paltarlarını, 630 manat dəyərində 18 ədəd təzə qadın alt paltarlarını, 1400 manat dəyərində 20 ədəd təzə kişi və qadın ətirlərini, 210 manat dəyərində 30 ədəd təzə şampunları, 250 manat dəyərində 50 ədəd sabunları, 450 manat dəyərində 15 ədəd təzə qadın köynəklərini, 70 manat dəyərində 2 ədəd istifadə edilmiş qaz balonlarını, 70 manat dəyərində 2 ədəd qzla işləyən qaz sobalarını, 96 manat dəyərində 12 ədəd təzə yorğan örtüklərini, 70 manat dəyərində 10 ədəd təzə döşək örtüklərini, 75 manat dəyərində 15 ədəd təzə yastıq örtüklərini, 10.000 (on min) manat pulunu, ümumilikdə 14.911 manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, Cavabdeh İddiaçı 10.000 (on min) manat pulunu, ümumilikdə 14.911 manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurlaması hökmlə müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən iddiaçıya hal-hazıradək heç bir ödəniş etməmişdir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır, maddi zərərə görə 14.911 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərər görə 14.911 (on dörd min doqquz yüz on bir) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2941/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2941/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver