Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2942/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC «X7» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin X7» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-nin X7» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “X7” TSC tərəfindən su sərfi üçün yazılmış 994,83 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X7 İdarəsi əsassız olaraq onun üzərinə 994.83 manat borc yazmışdır. Bildirmişdir ki, o həmin borcla razılaşmır. Ona görə ki, onlar təxminən 10 il olar ki, daimi otaraq Göygöl rayonunun Toğana kəndində yaşayırlar, arada hərdənbir Gəncə şəhərinə gəlib-gedirlər. Odur ki, sudan istifadə etmirlər. Bu səbəbdən də onun üzərinə yazılmış su borcu silinməlidir. Onlar evlərində yaşamadıqlarına görə su idarəsindən gəlib onlara gələn su borusunu kəsmişlər. Bu günlərdə, hardasa 10-15 gün olar ki, onlar evlərinə gəlib su borusunu birləşdirmişlər. Amma bununla belə yenə də evlərinə su gəlmir. Hal-hazırda həyətə gələn su xəttinə sayğac qoydurmaq istəyir. Sayğac qoyulması üçün «Gəncə su kanat» İdarəsinə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin «X7» TSC-nin su sərfi üçün ondan 994,83 manat pul tələbi tam qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ifadəsində bildirdi ki, onlara məxsus mənzilin sudan istifadə ilə bağlı müqavilə mərhum anası Mələk Eminovanın adına olmuşdur. Qeyd edilən Gəncə şəhəri H,Əliyev prospekti ev 54, mənzil 26-da 5 nəfər qeydiyyatda olmasına baxmayaraq təxminən 10 il olar ki heç kim yaşamamış, sudan istifadə edilməmişdir. 4-5 il olar ki, o Cavabdeh ASC-yə suyun dayandırılması üçün ərizə ilə müraciət etmiş, lakin bu halı təsdiq edən heç bir sübutu yoxdur. O, sudan istifadəyə görə hesablanmış borcu əsassız hesab edir, xəstədir ona görə də borcun silinməsini və yeni sayğac qoyulmasını istəyir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin «X7» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı əsassız hesab edərək ifadəsində bildirdi ki, Gəncə şəhəri H,Əliyev prospekti ev 54, mənzil 26-nın sudan istifadə və tullantı sularının axıdılmasına dair müqavilə iddiaçının mərhum anası Mələk Eminova ilə bağlanılmışdır, 2012-ci ildən indiyə qədər sudan istifadə və tullantı sularının axıdılmasına dair borc yığılmış, heç bir ödəniş edilməmişdir. Qeyd edilən mənzildə yaşayışın olmaması, mənzilə suyun gəlməməsi və ya suyun verilməsinin dayandırılması barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət edilməmişdir və həmin ünvanda sudan istifadə və tullantı sularının axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. İddiaçının 2011-ci ilin aprel ayına qədər olan borcu Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2011-ci il tarixli Fərmanına əsasən silinmişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələr vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. Həmin mənzildə yaşayış olmaması barədə iddiaçının dəlilləri əsasızdır. Belə ki, tərəflərindən həmin mənzilin elektrik enerjisindən istifadə ilə bağlı müraciət edilmiş və məlum olmuşdur ki həmin mənzilin elektrik enerjisindən istifadə olunması ilə bağlı davamlı olaraq hər ay ödənişlər edilmişdir. Bununla da, sübuta yetir ki həmin mənzildə yaşayış olub və sudan istifadə edilib. İddiaçı mənzildə beş nəfərin qeydiyyatda olmasını bildirdiyi halda, tərəflərində orta statistik göstərici əsas götürülməklə dörd nəfər nəzərə alınaraq borc hesablanmış, hazırda isə borc məbləği 1012 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X7» Törəmə Səhmdar Cəmiyyətinin **********260 nömrəli abonent kodu üzrə 07.07.2021-ci il tarixli hesab fakturanın surətindən görünür ki, ünvan 1 ünvanına su təchizatı xidmətinə görə abonent X2 07.07.2021-ci il tarixə 994,83 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X7» Törəmə Səhmdar Cəmiyyətinin **********260 nömrəli abonent kodu üzrə 17.08.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, Mələk Eminova 01.01.2005-ci il tarixli, 32956258 saylı müqaviləyə əsasən su və çirkab xidmətinə görə 2012-ci il üzrə dəbbə ilə birlikdə 64,80 manat, 2013-cü il üzrə dəbbə ilə birlikdə 86,40 manat, 2014-cü il üzrə dəbbə ilə birlikdə 86,40 manat, 2015-ci il üzrə dəbbə ilə birlikdə 86,40 manat, 2016-cı il üzrə dəbbə ilə birlikdə 72 manat olmaqla 435,60 manat məbləğində yekun borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X7» Törəmə Səhmdar Cəmiyyətinin **********260 nömrəli abonent kodu üzrə 17.08.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, Mələk Eminova 01.01.2005-ci il tarixli, 32956258 saylı müqaviləyə əsasən su və çirkab xidmətinə görə 2016-cı il üzrə dəbbə ilə birlikdə 456,33 manat, 2017-ci il üzrə dəbbə ilə birlikdə 109,35 manat, 2018-ci il üzrə dəbbə ilə birlikdə 109,35 manat, 2019-ci il üzrə dəbbə ilə birlikdə 104,40 manat, 2020-ci il üzrə dəbbə ilə birlikdə 106,2 manat, 2021-ci il üzrə dəbbə ilə birlikdə 127,2 manat olmaqla 1012,83 manat məbləğində yekun borcu qalmışdır. İş materiallarına əlavə olunmuş elektrik enerjisindən istifadə ilə bağlı abonent kartının məlumat vərəqəsindən görünür ki, abonent adı Mələk Eminova, ünvan Gəncə şəhəri H,Əliyev prospekti ev 54, mənzil 26, kod **********7, sayğac nömrə 706061948-ə 01.2018-ci il tarixdən mütəmadi olaraq 08.2021-ci il tarixədək elektirik enejisindən istifadəyə görə pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.4 maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərinə görə haqqın ödənilməsi vəzifəsi mülkiyyət hüquqi əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 139.1 maddəsinə əsasən kommunal xidmətlərinə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli Qərarı 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı suların və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablanmanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və hesablanmış borcun hansı əsasla silinməli olmasını göstərə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-nin «X7» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2942/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2942/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver