Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2950/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim - Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı - BOKT “xxxxxxxx” MMC Cavabdehqarşı kreditin və cərimənin ödənilməsi tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1842 manat ,cərimə üzrə 184,20 manat olmaqla ümumilikdə 2026,20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli LD********** kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, xx.xx.2021-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 2210 məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir fayda verməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas borc üzrə 1842 manat, cərimə üzrə 184,2 manat təşkil edir. İddiaçı BOKT “xxxxxxxx” MMC-in nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: BOKT “X2” MMC (Borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2017-ci il tarixli LD/17297/00004 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləsinin 1.4-cü bəndinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə xx.xx.2021-ci il tarixədək, ilin 360 günü hesabı ilə illik 0,00 % dərəcəsi tətbiq etməklə 2210 manat məbləğində kredit verilmişdir, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli Hüquqların və tələblərin güzəşti haqqında müqavilədən görünür ki, Cavabdeh ilə BOKT “X2” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ BOKT “xxxxxxxx” MMC-yə güzəşt edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışındangörünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 1842 manat, cərimə üzrə 184,2manat olmaqla, ümumilikdə 2026,20 manat təşkil edir. Məhkəmə tərəfi dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT “X2” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilədən görünür ki, BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427 və 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kreditin ödəmə müddətinin sonuna, banka 1842 manatəsas borc və 184,2 manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1842 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarını qorumaq və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədilə 1842 manat əsas borca 184,2 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, əsas borcunun ödənilməsini də nəzərə alaraq, cərimə borcunun məbləğini azaldaraq 4,20 manat müəyyən edir. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 1842 manat əsas, 4,20 manat cərimə olmaqla, cəmi 1846,20 (bir min səkkiz yüz qırx altı manat iyirmi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq BOKT “xxxxxxxx”MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2950/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2950/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver