Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2973/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılaraq, hər ay sabit pul məbləğilə 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2491/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 20 manat aliment və yetkinlik yaşına çatanadək isə saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir.Cavabdeh alimenti ödəməyə imkanı olduğu bir halda qərəzli olaraq ödənişləri gecikdirir. Həmçinin övladı Nazlının səhətində problemlər vardır, onun müalicəsinə alimentdən dəfələrlə artıq bir məbləğdə vəsait lazımdır. Hazırki alimentlə uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş edir. Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini,qazancının stabil olmadığını bildirərək aylıq 100 manat aliment ödəməyə maddi imkanı olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Apelyasiya Məhkəməsinin 2(104)-2491/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 20 (iyirmi) manat aliment və yetkinlik yaşına çatanadək isə saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-Vİ № 186835 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 2015-ci ildə tərəflərin birgə rəsmi nikahından doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu səbəbdən də, məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X3 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X3 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onlları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X3 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin 100 manat olmaqla ödədiyi aliment uşağın bioloji varlığı sağlam inkişafını, onun qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi üçün kifayət edə bilməz. Buna görə də, alimentin artırılması barədə iddia birmənalı olaraq təmin edilməlidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa, yaxud dəyişkəndirsə alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna» istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 (bir yüz yetmiş) manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğə yaxın, yəni 150 manat həddində müəyyən etmək istəyir. Məhkəmə bu zaman cavabdehin maddi vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh xx xxxx 2016cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənən alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğilə 150 (bir yüz əlli) manat aliment ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2973/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2973/2020
24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver