Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2983/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə edilmiş təbii qazın dəyərinə görə 337,70 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 20,40 manat pulun «İddiaçı» İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «İddiaçı» X2 X4 İdarəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ***-**-** saylı müqaviləyə əsasən cavabdehin rəhbərlik etdiyi istixana təbii qazla təchiz olunmuşdur. Cavabdeh bağlanmış müqavilənin şərtlərinə riayət etməmiş və istifadə edilmiş təbii qazın dəyərini ödəməmişdir. Nəticədə cavabdehin 337,70 manat məbləğində debitor borcu yaranmışdır. Cavabdehə xx.xx.2020-ci il tarixdə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan «İddiaçı» X2 X4 İdarəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ***-**-** saylı müqaviləni surətindən görünür ki, «İddiaçı» X2 X4 İdarəsi istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent X1 2017-ci il ərzində istifadə edilmiş təbii qaza görə qalıq borcu 1137,70 manat olmuş, cavabdeh 2018-ci ilin mart ayında 800 manat ödəniş etmiş, qalıq borcu 337,70 manat olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış 337,70 manat borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən 337,70 manat məbləğində borcu yaranmışdır. İstifadə edilmiş qazın dəyərinin ödənilməsi barədə sübutlar təqdim etmək öhdəliyi cavabdehin üzərinə düşsə də cavabdeh məhkəməyə borcun ödənilməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20,40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5,284-6, və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 337,70 (üç yüz otuz yeddi tam yüzdə yetmiş) manat borc və dövlət rüsumu kimi ödənilmiş 20,40 (iyirmi tam yüzdə qırx) manat pul tutularaq iddiaçı «İddiaçı» İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2983/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2983/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver