Məhkəmə qərarları › İş №2(043)-2984/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2984/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2984/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "İddiaçı" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli müqavilə üzrə 628,69 (altı yüz iyirmi səkkiz manat 69 qəpik) manat məbləğində kredit borcunun, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 023KK**********01 saylı kredit müqaviləsi üzrə 240,35 ABŞ dolları məbləğində kredit borcu və 397,27 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 637,62 ABŞ dolları məbləğində kredit borcunun "İddiaçı" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı "İddiaçı" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə,kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2800 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini məqsədi ilə Cavabdeh1 və X4 arasında zaminlik müqavilələri bağlanaraq zaminlər xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bununla yanaşı Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 023KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,4167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 300 ABŞ doları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi icra etmədiyi üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək əsas məbləğ üzrə borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini göstərərək maddi imkanı olmadığından iddia tələbinin cərimə hissəsində təmin olunmamasını xahiş etid. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsidən görünür ki, "İddiaçı" QSC tərəfindən cavabdehə18 ay müddətinə, aylıq 2,25% faiz dərəcəsini tətbiq etməklə 2800 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 023G**********01 nömrəli və 023G**********02 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2015-ci il tarixli, 023KK**********01 nömrəli kredit müqaviləsidən görünür ki, "İddiaçı" QSC tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,4167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 300 ABŞ doları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh3 iddiaçı "İddiaçı" QSC-nin xəzinədarlığından 2800 manat pul götürmüşdür. xx.xx.2015-ci il tarixli kartın açılması üçün sifariş qəbzindən görünür ki, Cavabdeh3 "İddiaçı" QSC-dən plastik kart sifariş vermişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsi üzrə 628,69 (altı yüz iyirmi səkkiz manat 69 qəpik) manat məbləğində kredit borcu qalmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 023KK**********01 saylı kredit müqaviləsi üzrə 240,35 ABŞ dolları məbləğində kredit borcu və 397,27 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 637,62 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "İddiaçı" QSC iləCavabdeh3 arasındabağlanmış xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə,kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 sayl ıəlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2800 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini məqsədi ilə Cavabdeh1 və X5 arasında zaminlik müqavilələri bağlanaraq zaminlər xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi Cavabdeh3 ilə eyni həcmdə məsuliiyəti öz üzərilərinə götürmüşlər. Bununla yanaşı Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 023KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,4167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 300 ABŞ doları məbləğində kredit verilmişdir.Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdehlər müqa vilə üzrəöhdəlikləri tam icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəm ə işüçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. xx.xx.2014-cü il tarixli, 023A********** saylı kredit müqaviləsi üzrə kredit borcunun borclu Cavabdeh3, zaminlər Cavabdeh1və Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cəriməhissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsini əmlak mənafeylərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il tarixli, 023KK**********01 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan 397,27 ABŞ dolları məbləği azaldılaraq 7,27 ABŞ dolları həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli və xx.xx.2015-ci il tarixli, 023KK**********01 nömrəli kredit müqavilələri üzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsi üzrə 628,69 (altı yüz iyirmi səkkiz manat 69 qəpik) manat məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada, xx.xx.2015-ci il tarixli, 023KK**********01 nömrəli kredit müqaviləsi üzrə 240,35 ABŞ dollarıəsas borc, 7,27 ABŞ dolları məbləğində dəbbə pulu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu cavabdeh X2 tutularaq "İddiaçı" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 023A********** nömrəli kredit müqaviləsi üzrə 628,69 (altı yüz iyirmi səkkiz manat 69 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "İddiaçı" QSC-nin xeyirinə ödənilsin. Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 023KK**********01 nömrəli kredit müqaviləsi üzrə 240,35 ABŞ dolları əsas borc, 7,27 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi, 247,62 (iki yüz qırx yeddi ABŞ dolları, 62 sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində tutularaq "İddiaçı" QSCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar