Məhkəmə qərarları › İş №2(043)-3/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehдян onların ailə büdcəsinə aid olan 57.629 manat miqdarda pulun, Beynəlxalq Bankın saxlancından götürdüyü 38000 ABŞ dollarının və iddiaçı X1 aid olan qızıl-zinyət əşyalarının və ya onun dəyəri olan 14.000 manat pulun alınıb onлара verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçılara rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişляр və gəlməmələrinin səbəbi barədə мəhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə iddiaçыların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi ( vəkili ) Vəkil1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi iddiaçılar məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçılara izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar