Məhkəmə qərarları › İş №2(043)-300/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-300/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-300/2020 13.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı “xxxxxxx” MMC-nin nümayəndəsi x4 iştirakı ilə, İddiaçı “xxxxxxx” MMC-nin Cavabdeh və Maraqlı şəxs MMC-nin direktoru x1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və Maraqlı şəxs MMC-nin direktoru x1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15684 pul (on beş min altı yüz səksən dörd manat) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxxxxx"MMC ilə ekspeditor vəzifəsinə qəbul edilərək "Maraqlı şəxs" MMC-dən istehsal edilmiş şərab məhsullarının satışı üçün 10000 AZN məbləğində məhsul verilmişdir. Satışdan əldə edilmiş vəsait qaytarılmamışdır. Bununla cavabdehin 10000 AZN həcmində borcu qalmışdır. Cavbdeh, "xxxxxxx"MMC-e ilə cavabdeh aranızda bağlanmış müqavilə əsasən, cavabdeh 10000 AZN vaxtında qaytarmadığı üçün, Azərbaycan Respulikası Mülki Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Cavabdehin "xxxxxxx"MMC-ə olan borcun qaytarılması, 43 gün gecikdirilmişdir. Azərbaycan Respulikasında mövcud olan qanunlara və müqavilənin tələbinə əsasən, cavabdeh borcu qaytarılmasında gecikdirilmiş hər bir gün üçün gecikdirilmiş 1% borcu və 1% dəbbə pulu hesablanmışdır. Beləliklə Sizin 10.10.2019-cu il tarixli əsas borc 10000 AZN, Faiz borc 1000 AZN və 4684 AZN dəbbə pulu, cəmi: 15684 AZN borcunuz yaranmışdır. İddiaşı İddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi və iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı “xxxxxxx” MMC ilə əvəz olunmasını və cavabdehdən Cavabdeh əsas borc 10000 AZN və 30 AZN ödənilmiş dövlət rüsumunu, xxxxxxx"MMC-nin xeyrinə Kapital Bankın filial kodu. 200275 vöen. 99000036.SWİFT kod. AİİBAZ2X Muxbir hesab AZ37NABZ********************, Benefisiarın adı “xxxxxxx"MMC i.Benefisiarin hesabı: AZ50AİİB******************** vöen ********** hesaba tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddia tələbinin dəqiqləşməsi və iddiaçının əvəz edilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmiş, iddiaçı “xxxxxxx” MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı “xxxxxxx” MMC-nin nümayəndəsi x5 iddia ərizəsinin və onun dəqiqləşməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verib, Cavabdeh şirkətdən satmaq üçün 10000 manatlıq çaxır götürdüyünü, lakin əmlakın dəyərini şirkətə ödəmədiyini, dəfərlə danışıq aparılmasına baxmayaraq heç bir nəticəsi olmadığını bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək işə qiyabı icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxs MMC-nin direktoru x1 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 01.07.2018-ci il tarixli nisyə Distribütorluq müqaviləsindən görünür ki, “xxxxxxx” MMC ilə Maraqlı şəxs MMC-nin direktoru x3 arasında Distribütorluq müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 07/18 nömrəli 01.08.2018-ci il tarixli əmrdən görünür ki, Cavabdeh , “xxxxxxx” MMC-nin ekspertli vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş 06.06.2018-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, Cavabdeh qaimə fakturaya imza etməklə “xxxxxxx” MMC-dən 10000 (on min) manatlıq çaxır götürmüşdür. İş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, cavabdehə borcunun ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı cavabdehə 10000 manat dəyərində mal vermiş və cavabdeh həmin malın dəyərini ödəmək barədə öz üzərinə öhdəliyini ancaq məhkəməyə təqdim olunmuş qaimədə ifadə etmiş. İddiaçı öz üzərinə düşən öhdəliyini icra edərək razılaşdırılmış məbləğdə əmlakı cavabdehə vermiş, cavabdeh aldığı malın dəyərini ödəməməklə üzərinə düşən öhdəliyini icra etməmiş və iddiaçı qarşısında 10000 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1.-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.3.-cü maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1.-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 10000 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq, “xxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat borc və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cəmi 10030 (on min otuz manat) manat tutularaq, “xxxxxxx"MMC-nin xeyrinə Kapital Bankın filial kodu. 200275 vöen. 99000036.SWİFT kod. AİİBAZ2X Muxbir hesab AZ37NABZ********************, Benefisiarın adı “xxxxxxx"MMC i.Benefisiarin hesabı: AZ50AİİB******************** vöen ********** hesaba ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün x9 Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1(bir) ay müddətində x9 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar