Məhkəmə qərarları › İş №2(043)-3008/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3008/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3008/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus “VAZ-2107” markalı, ** XT *** nömrəli avtomobil alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 16.10.2019-cu il tarixdə notarial qaydada ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh şəxsi istifadəsində olan “Vaz- 2107” markalı ** XT *** dövlət nişanlı avtomobili sürmək üçün etibarnamə ilə vermişdir. Lakin, sonra o etibarnaməni ləğv elətdirib ondan avtomobilini geri qaytarmaq istəmişdir. Lakin, cavabdeh ona məxsus avtomobili geri qaytarmamışdır. Bildirmək istəyir ki, o cavabdehə avtomobili satmamışdır, sadəcə olaraq cavabdeh ona söhbət əsnasında avtomobili işlə bağlı sürmək üçün ona verməyini xahiş etmişdir. O da etiraz etməmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Cavabdeh avtomobili hissələrə bölərək satmışdır. O cavabdehin yaşadığı ünvana 2020-ci ilin sentyabr ayında getsə də həmin ünvanda avtomobili tapa bilməmişdir, o müxtəlif bəhanələrlə avtomobilin ustanın yanında olmasını ona desə də, hansısa ustanın yanında avtomobili ona təqdim edə bilməmişdir. Bildirmək istəyir ki, hal-hazırda Cavabdeh verdiyi sürmək üçün olan etibarnaməni ləğv elətdirmişdir, lakin sonuncu ondan maşını gizlədir. Bununla, belə müəyyən olunur ki, Mehtəliyev Mahir ona məxsus “Vaz-2107” markalı ** XT *** nömrəli avtomobili oğurlamış və hissələrə bölərək satmışdır. Bundan başqa, o həmin şəxsə məxsus *** *** ** **, *** *** ** **, 055 *** ** ** nömrələri ilə dəfələrlə əlaqə saxlasa da, onun telefonlarına cavab verilməyib. Bildirmək istəyir ki, qeyd olunan fakt üzrə Gəncə səhəri Bas polis idarəsində araşdırma aparılmış, lakin vətəndaş Cavabdeh yeri müəyyən olunmamış və fakt üzrə qərar qəbul olunmusdur. Odur ki, o qeyd olunan qərardan narazıdır və şikayətçidir. Tələbi ondan ibarətdir ki, cavabdehdən ona məxsus “Vaz-2107” markalı ** XT *** nömrəli avtomobil alınıb ona verilsin. Cavabdehin onun avtomobilini bu günə qədər qaytarmamaği nəticəsində o maddi çətinlik çəkir, bunun nəticəsində məcburdur ki, məhkəmədə iddia qaldırsın. Bundan başqa, bildirmək istəyir ki, hərbiçidir, 44 günlük Vətən müharibəsində iştirak etmişdir və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İddia tələbi ondan ibarətdir ki, cavabdehdən ona məxsus “VAZ-2107” markalı ** XT *** nömrəli avtomobil ona qaytarılsın. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, “VAZ-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması mümkün olmadıqda 8000 (səkkiz min manat) pulun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun ifadə verərək, Cavabdeh “VAZ-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasını, bu mümkün olmadıqda onun dəyəri olaraq 8000 pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, “VAZ-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən Cavabdeh verilmişdir. Onun qardaşı Ramil vasitəsilə İddiaçı Mahir ilə tanış olmuşdur. Cavabdehin iddiaçıdan maşını istəməsinin şahidi olmuş, Cavabdeh sözü gedən avtomobildən istifadə etməsini görmüşdür. Cavabdehin İsgəndər adlı qardaşı da var və onlar ekizdirlər. “VAZ- 2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh və onun qardaşı İsgəndər idarə etmişlər. İddiaçı avtomobili Cavabdeh verən zaman o iddiaçıya demişdir ki, avtomobili verməsin. İş materiallarına əlavə edilmiş 17.02.2021-ci il tarixli İddiaçı notarial qaydada təsdiq olunmuş **********746 nömrəli ərizənin surətindən görünür ki, 16.10.2019-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh reyestrdə 7E-5840 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsi üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi” haqqında 16.04.2021-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılmış HK-1/195 saylı material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış İddiaçı avtomobil nəqliyyat məlumatlarından görünür ki, **-XT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” minik markalı, BAN tipi sedan, ban nömrəsi XTA210740A3020034 2010-cu il istehsalı, mühərrikin həcmi 1568, mühərrikin nömrəsi 9701535, rəngi qara olan avtomobil 23.05.2015-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan onun mülkiyyətində olan “Vaz-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün ondan istəmiş, iddiaçı isə razılaşaraq mülkiyyətində və istifadəsində olan “Vaz-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.10.2019-cu il tarixdə notarial qaydada ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh sürmək üçün etibarnamə ilə vermişdir. Sonra iddiaçı etibarnaməni ləğv etdirib cavabdehdən avtomobilini geri qaytarmaq istəmişdir. Lakin, cavabdeh ona məxsus avtomobili geri qaytarmamışdır. İddiaçı cavabdehin yaşadığı ünvana getsə də həmin ünvanda avtomobili tapa bilməmişdir. İddiaçı avtomobilini ala bilmədiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Lakin, cinayət əməli olmadığı üçün 16.04.2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilmiş və mülki mübahisə olduğu üçün İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, “VAZ-2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili naturada alınmasını, alınması mümkün olmadıqda isə dəyəri olaraq 8000 (səkkiz min manat) pulun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiyi üçün iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Bununla da, məhkəmə hesab edir ki, mübahisəli əmlak, yəni “VAZ-2107” markalı **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur və cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlakının başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. İş materiallarına əlavə edilmiş “TURBO.AZ” avtomobil alqı-satqı səhifəsindən 2021ci ilin sentyabr ayında satışda olan 2010-cu ildə istehsal olunan “VAZ-2107” markalı avtomobillərin satış qiymətlərindən görünür ki, “VAZ-2107” minik markalı, 2010-cu ildə istehsal olunan, mühərrik həcmi 1.6 L olan avtomobillərin ortalama bazar qiymətləri 6000- 8800 manat arası müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, **-XT-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 2107” minik markalı, 2010-cu ildə istehsal olunan avtomobilin dəyəri, 2021-ci ilin sentyabr ayında satışda olan 2010-cu ildə istehsal olunan “VAZ-2107” markalı avtomobillərin orta bazar dəyəri, yəni 7000 manat əsas götürülməklə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh **-XT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” minik markalı, BAN tipi sedan, ban nömrəsi XTA210740A3020034, 2010-cu il istehsalı, mühərrikin həcmi 1568, mühərrikin nömrəsi 9701535, rəngi qara olan avtomobil naturada, naturada alınması mümkün olmadıqda isə dəyəri 7000 (yeddi min) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh **-XT-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” minik markalı, BAN tipi sedan, ban nömrəsi XTA210740A3020034, 2010-cu il istehsalı, mühərrikin həcmi 1568, mühərrikin nömrəsi 9701535, rəngi qara olan avtomobil naturada, naturada alınması mümkün olmadıqda isə dəyəri 7000 (yeddi min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar