Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3029/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Niftəli oğlunun, iddiaçı tərəfindən müstəqil tələb hüquqlu üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Hikmət qızına və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Niftəli oğlunun, iddiaçı tərəfindən müstəqil tələb hüquqlu üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Hikmət qızına və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı Niftəli oğlu, iddiaçı tərəfindən müstəqil tələb hüquqlu üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh2 Hikmət qızı və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər, onlar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmişlər, məhkəmə iclasının iştiraklarının olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Niftəli oğlunun, iddiaçı tərəfindən müstəqil tələb hüquqlu üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 Hikmət qızına və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3029/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3029/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver